Avtomobil Yolları Agentliyi çökən yola görə yenidən “Bakı Metropoliteni”ni SUÇLADI - FOTOLAR

Avtomobil Yolları Agentliyi çökən yola görə yenidən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Cəlil Məmmədquluzadə küçəsində çökmüş yolla bağlı yeni məlumat açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a bildirib ki, ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb:

“İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb”.
Avtomobil Yolları Agentliyi çökən yola görə yenidən
Avtomobil Yolları Agentliyi çökən yola görə yenidən

Onun sözlərinə görə, müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməyib:

“Tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır”.

A.Nəcəfli qeyd edib ki, çökmə qeydə alınan hissə "Bakı Metropoliteni" QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

“Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...