AXCP parlament seçkilərini boykot edəcək Milli Şura boykot qərarına hazırlanır

Azərbaycanda bir sıra siyasi müxalif dairələr qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina etməyə hazırlaşır. Hələlik yalnız Ümid və Müsavat Partiyaları seçkilərdə iştirakla bağlı konkret qərar veriblər. Ümid Partiyası və 125 Klubu seçkilərdə iştirakla bağlı hətta ilkin namizədlər siyahısını da açıqlayıb. GUNDEMİNFO.AZ partiyadan daxil olan məlumata görə, artıq namizədlər dairələr üzrə seçki qərargahlarının formalaşdırılması, könüllülərlə ilkin təlim-seminarlar keçirməyə də başlayıblar. Müsavat Partiyası isə avqust ayının sonuncu günlərində deputatlığa namizədlərlə bağlı olaraq siyahısın Partiyadının Divanında təsdiqləyəcəyini bəyan edib.
Lakin qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı olaraq hələ də tərəddüd içində olanlar və ümumiyyətlə boykot qərarı verməyə hazırlaşanlar da var. AXCP-dən GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Milli Şura daxilində seçkilərdə iştirak məsələsi müzakirə edilsə də, boykot qərarının tərəfdarları daha çox olub. Hazırda AXCP qurultay hazırlıqlarındadır və ola bilsin ki, elə qurultayda da partiya seçkiləri boykot qərarı verərək etiraz aksiyaları keçirməyə hazırlaşdıqlarını bəyan edəcək.
Çünki ilkin məlumatlarda AXCP-nin Qurultaya Hazırlıq Komitəsinin regionlarda keçirdikləri görüşlər zamanı seçkilərdə iştirak məsələsi ümumiyyətlə gündəliyə daxil edilməyib.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, bir neçə partiyanın birləşdiyi «Azadlıq 2015» Blokunda da seçkilərdə iştirakla bağlı olaraq tərəddüdlər var. Dünən Azad Demokrat Partiyasının sədri Sülhəddin Əkbər də bəyan verərək bildirib ki, blok daxilində parlament seçkilərinə hazırlıq çox mürəkkəb gedir. Sülhəddin Əkbər bildirib ki, partiyasının qeydiyyatı olmadığına görə, seçkilərdə iştirak məsələsi sual altına düşüb və bu baxımdan da seçki bloku olan «Azadlıq 2015» blokunda qala bilməzlər.
GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar zamanı məlum olbu ki, ADP, AMİP kimi seçki təcrübəsi olan partiyalar da, partiya şəkilində seçkilərdə iştiraka hazırlaşırlar. Lakin onların təkbaşına seçkilərdə iştirak edəcəyi də sual altındadır.
468 dəfə oxundu