Nazim İbrahimovla bağlı daha bir ilginc iddia

Nazim İbrahimovla bağlı daha bir ilginc iddia


Bu gün elə məmurlar, elə vəzifə sahibləri var ki, onların adı digərlərinə nisbətən mətbuatda çox az-az hallanır. Bu, heç də o demək deyil ki, həmin şəxslərin fəaliyyətində nöqsanlı məqamlar, rəhbərlik etdikləri qurumlarda problemlər yoxdur. Təbii, var, lakin görünən odur ki, onlar hansısa yollara baş vuraraq özləri ilə bağlı informasiyaların kütləvi informasiya vasitələrinə sızdırılmasının qarşısını alırlar. Bu cür şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

Diqqət yetirsəniz görərsiniz ki, onun adı digər məmurlara nisbətən çox nadir hallarda medianın gündəmini zəbt edir. Bir qədər öncə də qeyd etdiyimiz kimi, yəqin o, bəzi bilgilərin sızdırılmasının qarşısını almağı bacarır. Məhz bu qənaətdən çıxış edən məlumatlı şəxs iddia edir ki, Nazim İbrahimov maksimum ehtiyatlı davranan, barəsində, eyni zamanda rəhbərlik etdiyi qurumla bağlı mətbuata informasiyanın ötürülməməsinə çalışan şəxslərdəndir. Komitə sədrinin 1985-1986-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası kimi çalışdığını deyən mənbənin sözlərinə görə, Nazim İbrahimov 1991-1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub: "1997-ci ilin mart ayında isə o, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.1997-ci ilin sentyabrında eyni zamanda Azərbaycanın Moldovadakı və Polşadakı fövqəladə və səlahiyyətli səfiri, 1999-cu ilin fevralında isə eyni zamanda Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2000-ci ildə Milli Məclisin deputatı seçilib. 2002-ci ilin iyul ayında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 2008-ci il noyabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Gördüyünüz kimi, Nazim İbrahimov vəzifəyə məhz biznes fəaliyyətindən gəlib. O, elə məmurlardandır ki, vətəndaşların müraciətlərinə dərhal cavab verməkdə maraqlı deyil. Onun əvəzinə bu işi komitənin digər yetkili şəxsləri edirlər. Halbuki Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri kimi birbaşa özü vətəndaşların şikayətlərini dinləməli, onların problemlərinin həllinə nail olmalıdır. Lakin bunun tam əksini görürük". Belə ki, Nazim İbrahimova müraciət edənlərin heç də xoş olmayan vəziyyətlə qarşılaşdıqlarını iddia edən məlumatlı şəxs bildirir ki, komitə sədrinin keçmiş katibəsinin zamanında bu cür hallar daha tez-tez baş verirdi: "Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin keçmiş katibəsi var. Deyilənə görə həmin xanım Nazim İbrahimovun iş otağının telefonuna, belə cavab verirdi. Məhz həmin katibənin zamanında komitə sədrinin qəbuluna düşmək lotereyada qiymətli uduşa sahib olmağa bərabər idi. Belə ki, nə zaman Nazim İbrahimova telefon açırdınsa və ya qəbuluna gedirdinsə, onun katibəsi "Nazim müəllim yerində yoxdur" deyib gələnləri yola salırdı. Bir sözlə, keçmiş katibənin vaxtında komitə sədrinin qəbul günləri formal xarakter daşıyırdı. Çünki həmin qəbul günlərində Nazim İbrahimovu məhz başqa şəxs əvəz edirdi. Bu səbəbdən də şikayət və müraciətlər həllini tapmamış qalırdı".

Məlumatlı şəxsin bildirdiyinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin keçmiş katibəsi ilə kəlmə kəsmək mümkün deyildi: "Ümumiyyətlə, bir sözü iki dəfə soruşan, yaxud özünü katibənin standartına uyğun qaydada aparmayan vətəndaş qapıdan içəri buraxılmırdı. Telefon sorğusunda isə "Nazim müəllim məşğuldur, bir az sonra zəng edin" ifadəsindən başqa əlavə bir söz öyrənmək olmurdu. Təbii, heç bir xüsusi qabiliyyəti olmayan, yalnız hansısa vəzifəli şəxsi və qonaqları çayla təmin edən katibələrin vətəndaşlarla belə rəftar etməsinə nə qanunvericilik, nə də milli-mənəvi dəyərlər imkan verir. Lakin buna baxmayaraq, həmin katibə uzun müddət Nazim İbrahimovun yanında çalışmağa müvəffəq oldu. Bu arada, onu da nəzərinizə çatdırım ki, komitə sədrinin keçmiş katibəsi 9 il öncə böyük qalmaqal yaratmışdı və bu, özünün acı nəticələri ilə çox adama təsir etmişdi". Mənbənin sözlərindən belə məlum olur ki, həmin vaxtdan indiyədək bütün dostlar yığışıb keçmiş katibənin yaratdığı problemi həll edə bilmir. Odur ki, biz məsələyə müdaxilə edib onu yoluna qoymağı planlaşdırırıq…


Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...