Sosial Müdafiə Nazirliyində ermənilərin dostu var? - şok iddia

Salam Rzayev əli azərbaycanlıların qanına batmış şəxslə hələ də əlaqə saxlayır, sosial şəbəkələrdə yazışır
Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanla müharibə şəraitindədir. Buna görə də bizlər dədə-baba torpaqlarımızı işğal etmiş erməni terrorçularına qarşı hər an müharibə etməyə hazır olmalıyıq. Həm ölkə başçısının, həm də ordu rəhbərliyinin müxtəlif vaxtlarda Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar, sərt mesajlar hər an müharibənin başlaya biləcəyinə bir işarədir. Sözsüz, acı bağırsaq kimi uzanan sülh danışıqları heç bir nəticə verməsə, o zaman Azərbaycan işğal altında olan torpaqlarını azad etmək məqsədi ilə hərb variantına əl ata bilər. Çünki bu, bizim ən təbii haqqımızdır. Odur ki, indi gərək "mən əsl kişiyəm" deyən hər bir şəxs ikinci Qarabağ savaşına, torpaqlarımızın azadlığı uğrunda cihada hazır olsun. Çünki bizlər hələ də Vətən qarşısında borcumuzu yerinə yetirməmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş, itkin düşmüş, sağlamlığını itirmiş bütün qardaş və bacılarımızın qisasını almamışıq.
Acı da olsa, qeyd etmək lazımdır ki, bu gün bunu dərk etməyən, əbədi və əzəli düşmənimiz olan ermənilərlə bir masa ətrafında oturub mehriban söhbət edən, deyib-gülən, müxtəlif pozalarda fotoşəkillər çəkdirən və bununla da məsələyə pozitiv yanaşdıqlarını iddia edənlər də var. Misal kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevi göstərmək olar. Belə ki, o, bir neçə il öncə maraqlı bir fotoşəkil çəkdirib. Həmin şəkildə Salam Rzayev sol tərəfdə dayanıb. Onun yanındakı şəxs isə milliyyətcə erməni olan Qriqordur. Fotoya baxanda məlum olur ki, Salam Rzayev erməni Qriqorla kifayət qədər yaxın münasibətdədir. Bununla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, milliyyətcə erməni olan Qriqor ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdirinin əsgər yoldaşı olub: "Şəkildə Salam Rzayevin yanında dayanmış şəxs milliyyətcə erməni olan Qriqordur. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdirinin əsgər yoldaşı olub. Qriqor radikal millətçidir. Belə ki, o, Daşnaqsütyun partiyasının fəal üzvlərindəndir.
Bundan başqa, o, birinci Qarabağ savaşında döyüşlərdə iştirak edib və əlləri onlarla Azərbaycan oğlunun qanına batıb. Deyilənlərə görə, Salam Rzayev hələ də onunla əlaqə saxlayır, sosial şəbəkələr vasitəsi ilə yazışır, hal-əhval tutur. Maraqlıdır, görəsən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işçisinin erməni ilə əlaqə qurmaqda, onunla yazışmaqda məqsədi nədir?.." Salam Rzayevin erməni Qriqorla yaxınlıq etməsi, əli azərbaycanlıların qanına batmış şəxslə sıcaq münasibət qurması bir daha onu təsdiqləyir ki, bizim xalqın bəzi nümayəndələri həddən artıq unutqandır. Onlar tariximizi, başımıza gələn hadisələri tez unudurlar. Əgər belə olmasaydı, o zaman Salam Rzayev murdar erməni millətindən olan şəxslə əlaqə qurmaz, ona düşmən kimi davranardı. Ölkəsini və bayrağını sevən, Vətəni, milləti üçün canından belə keçməyə hazır olan, Azərbaycanı və azərbaycanlıları heç bir zaman ermənilərin ayağına verməyən, adət-ənənəsinə, milli kimliyinə, dilinə və dininə bağlı olan hər bir şəxs məhz bu cür etməli, yəni erməniləri yalnız düşmən gözündə görməlidir. Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri isə bunun tam əksini edərək erməni Qriqorla şəkil çəkdirməklə yanaşı, hələ də onunla dostluq, yoldaşlıq münasibətini qoruyub saxlayır. Biz isə bunu qəti şəkildə pisləyirik. Çünki ürəyində Vətən, millət sevgisi bəsləyən kəs heç bir halda bu cür alçaldıcı hərəkətə yol verməz. Görünür, Salam Rzayev erməni ilə şəkil çəkdirməyi, dostluq etməyi satqınlıq və Vətənə xəyanət hesab etmir. Halbuki düşmənlə mehriban davranmaq, onlarla yoldaşlıq etmək xəyanətdən başqa bir şey deyil! Əminik ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da məhz bu qənaətdədir. Çünki o, Vətənini, millətini sevən, daim dövlət və dövlətçilik üçün çalışan şəxslərdəndir. Bu səbəbdən də inanırıq ki, cənab nazir birinci Qarabağ savaşında iştirak etmiş, soydaşlarımızı qətlə yetirmiş, 16 tipdən və 72 millətdən törəyən əcdadsız xalqın nümayəndəsi olan Qriqorla dostluq edən, hələ də onunla yazışan işçisi barədə tez bir zamanda müvafiq ölçü götürəcək…
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. /Gundelik-Baku/
1093 dəfə oxundu