Bərdədə məcburi köçkünlərə qarşı laqeydlik FOTOLAR

Bərdədə məcburi köçkünlərə qarşı laqeydlik


Məlum olduğu kimi cənab Prezident İlham Əliyev Bərdə rayonunda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni-yeni binaların tikilib istifadəyə verilməsinin vacibliyini vurğulamışdı. Bu məqsədlə Bərdə rayonunda məcburi köçkünlərə artıq 1 aydan çoxdur ki, evlər paylanılır.

Evlərin verilməsində qanunsuzluqlar baş versədə lakin hələ də məcburi köçkünlərin haqlı narazılıqları təmin olunmayıb. Hətta məcburi köçkünlər Xalqxeber.Az-a bildirirlər ki, evlərə köçməyimizə baxmayaraq icra hakimiyyəti tərəfindən süni şəkildə cəzalandırılırıq.
Bərdədə məcburi köçkünlərə qarşı laqeydlik
Bərdədə məcburi köçkünlərə qarşı laqeydlik

Belə ki, prezidentin açılışını etdiyi binanın ətrafını zibil tullantıları bürüyüb. Artıq icra başçısı Vidadi İsayevə məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq hələ də ərazi zibildən təmizlənməyib. Bir sözlə desək evdə zibilin üfunət iyindən oturmaq olmur. Körpələr hər an müxtəlif xəstəliklərə düçar ola bilərlər. Məcburi köçkünlər Xalqxeber.Az-a onu da bildirirlər ki, məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət ediblər lakin oradan onlara bildirilib ki, zibilin ərazidən təmizlənməsi işi bizlik deyil.

Məcburi köçkünlər nə edəcəklərini düşünə bilmirlər, çünki Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işi atır icra hakimiyyətinin üstünə, icra hakimiyyəti də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üstünə. Ərazidən çəkilən fotolardan bir daha aydın olur ki, bu zibil yığıntısının bir çox fəsadları ortaya çıxa bilər. Biz Xalqxeber.Az olaraq inanırıq ki, tez bir zamanda məcburi köçkünlərin şikayətləri təmin olunar və ərazidən zibil tullantıları yığışdırılar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...