Ata-oğul Məmmədovlar ABŞ-da dəstək axtarır - İLGİNC

Qafqaz Xəbər Agentliyi bildirir ki,neçə ildir nəqliyyat naziri Ziya Məmmədovun ölkənin baş naziri olması barədə ölkə mətbuatında məqalələr dərc olunur, siyasi proqnozlar irəli sürülür. Amma bir az dərindən təhlil etsək görmək olar ki, Ziya Məmmədov nəinkiziya-memedov-yeni bütünlüklə, hətta ayrı-ayrı parametrlər üzrə baş nazir vəzifəsinə uyğun gəlmir. Hətta nazir vəzifəsi də onun təbii potensialından çox yüksəkdir.
Ancaq bütün bunlara rəğmən Ziya Məmmədovun siyasi iştahası çox böyükdür. Və bunun üçün variantlara baş vurur. Məsələn, ölkənin tanınmış müxalifət lideri ilə yaxın qohum olur, onun vasitəsilə mediaya yol tapır, müxtəlif KİV-ləri maliyyələşdirir və s. Ancaq bütün bunlara baxmayaraq Ziya Məmmədov siyasi elitanın özəyinə daxil deyil. Daxildən dəstək tapa bilməyən və gec-tez resurslarının əlindən çıxacağını düşünən cənab nazir hətta xarici dəstək axtarışına da çıxıb. Məqsəd xaricdən dəstək alıb məqsədinə doğru irəliləmək və bəzi təzyiqləri zərərsizləşdirməkdir. Və lazım gələrsə, təzyiq rıçaqlarını işə salmaqdır.
Ziya Məmmədovun oğlu Anar Məmmədov atasının siyasi məqsədlərini reallaşdırmaq üçün ölkə xaricində dəstək arayır. Bunun üçün əvvəlcə lobbi qurmaq adı altında Anar Məmmədov atasının kreslo hesabına yığdığı milyonları əcnəbi ölkələrdə yerləşdirməyə çalışdı. Və müəyyən mənada buna nail oldu. Əslində Anar Məmmədovun lobbiçiliyi gözdən pərdə asmaq idi. Hansı lobbiçilikdən söhbət gedə bilər..?
Anar Məmmədovun Azərbaycandakı reputasiyası “ayı söhbəti” ilə başlayıb. Yəni Anardan söhbət düşəndə öncə ağıla “ 1 milyona ayı kəsib yemək” gəlir. Əlbəttə biz budonalda-trampanun nə qədər düz olub-olmadığını bilmirik. Ancaq ortada olan budur. Belə reputasiya sahibi indi də ABŞ-dakı prezident seçkilərinə baş vurub. Və ABŞ-da respublikaçıların prezidentliyə hazırda ən reytinqli iddiaçısı olan tikinti maqnatı, milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə kəskin tənqidə məruz qalıb.
“Mother Jones” jurnalında “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edib. Jurnalın yazdığına görə, Anar Məmmədov dəyəri 1 milyard dollardan çox olan “Garant Holding”in idarə heyətinin sədridir. Görəsən, bu milyard kimin hesabına qazanılıb..? Ən əsası Ziya Məmmədovun oğlunun ABŞ-da prezidentliyə namizədə dəstək verməsinin arxasında hansı siyasi məqsədlər dayanır..? Bax bu günümüzün ən aktual sualıdır. Yəqin ki, ata-oğul Məmmədovlar yaxın vaxtlarda ölkədə baş verəcək kadr islahatlarından yayınmaq üçün özlərinə əcnəbi a“dam” axtarırlar.
420 dəfə oxundu