LAÇININ İCRA BAŞÇISI BARƏDƏ MÜBHƏM İDDİA

Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov təcili olaraq Bakıya çağrılıb. Vertikal.az xəbər verir ki, Laçın RİH başçısının paytaxta çağrılması səbəbsiz deyil.
Bildirilənə görə, Akif Səlimovla bağlı bir sıra dairələrdə ciddi şübhələr yaranıb. Laçın RİH-dəki qeyri-rəsmi mənbədən daxil olan informasiyada vurğulanır ki, Akif Səlimovun keçmiş siyasi mənsubluğu ona indi-indi problemlər yaratmağa başlayıb.
«Buna görə də başçını Bakıya çağırıblar» - deyən mənbə əlavə edib ki, Akif Səlimov heç şübhəsiz cəzalanacaq.
GUNDEMİNFO.AZ yazır ki, son zamanlar Laçının icra başçısı ilə bağlı olaraq mətbuatda yayılan informasiyaların həcmi artıb. İnformasiylara əsasən bununla bağlı olaraq hətta ən yüksək dairələrdən də təpkilər var. İcra başçısının hakim partiyanın ünvanına bir sıra ifadələr işlətməsi barədə də iddialar var. Laçının icra başçısı Akif Səlimov barədə yayılan xəbərlərdə qeyd olunurdu ki, 15.04.2015-ci il tarixində Laçın rayon icra hakimiyyətində Prezident Aparatıdan gələn kuratorun (nümayəndə) iştirak etdiyi hesabat iclası keçirilib. İclasda çıxış edən Akif Səlimov gözlənilmədən maraqlı iddialar səsləndirib.
O, Yeni Azərbaycan Partiyasının üzvlərinin 80%-nin müxalifət partiyalarına işlədiyini deyib. İcra başçısının bu çıxışından sonra iclas salonunda səs-küy yaranıb və və iclas iştirakçıları başçıya etirazlarını bildiriblər. Daha sonra icra başçısı siyasi səhv sayılan ifadə də işlədib. O, Administrasiyanın məsul işçisi Aqşin müəllimi iclasda iştirak edənlərə “bizim Aqşin” kimi təqdim edib və du ifadənin kuratorun xoşuna gəlmədiyi açıq hiss olunub. Belə hallar siyasi səhvlə yanaşı , qeyri etik davranış hesab olunur.
İclasda iştirak edən bir qrup ziyalı bilririr ki, dərhal Aqşin müəllim icra başçısına Yeni Azərbaycan Partiyasının ünvanına səsləndirdiyi fikirlərə və belə təqdimatına görə, iradını bildirib.
Bununla belə məlumata görə, Akif Səlimovun başı rayonun məcburi köçkün əhalisinin problemləri ilə maraqlanıb onları həll etmək əvəzinə öz şəxsi biznesini genişləndirməyə qarışması rayon əhalisi arasında ciddi narazılığa səbəb olur: “A. Səlimov haqqında xeyli sayda şikayətlər olduğu üçün bir neçə dəfə rəsmi qurumlar tərəfindən tənbeh olunduğu barədə çoxlu məlumatlar var. Onu da vurğulayım ki, yaxın zamanlarda Taxtakörpüdə geniş miqyaslı aksiya keçiriləcək. Laçın əhalisi Səlimov işdən uzaqlaşdırılmayınca sakit dayanmayacaq. Ümidimiz ölkə başçısı cənab İlham Əliyevədir. Tezliklə Cənab prezidentdən laçınlıları sevindirəcək sərəncam gözləyirik”.
2647 dəfə oxundu