Hakim Partiyanın namizədlər siyahısında kimlərin adı olmayacaq? - Bizim baxış
Dövlət başçısının Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı olaraq imzaladığı sərəncamın tələblərinə uyğun olaraq ölkə ərazisində seçkilərə rəsmən start verilib. Artıq istənilən vətəndaş, vətəndaşların təşəbbüs qrupları və siyasi partiyalar bu seçki marafonunda iştirak etmək üçün namizədliklərini rəsmən irəli sürə bilərlər. Ölkədə fəaliyyət göstərən ictimai xadimlərin kiçik bir qismi istisna olmaqla, hələlik nəzərlər hakim partiyanın deputatlığa namizədləri və dairələr üzrə dəstəkləyəcəyi namizədlərlə bağlı siyahının açıqlanmasına yönəlib.
Yeni Azərbaycan Partiyasından bir qədər əvvəl verilən açıqlamalarda da deyilirdi ki, dövlət başçısı seçkilərlə bağlı olaraq sərəncam imzaladıqdan sonra siyahı açıqlanacaq. Lakin hələ ki, sərəncamın imzalanmasından 2 gün keçsə də, siyahı açıqlanmayıb. Bu baxımdan da hətta siyasi müxalifət düşərgəsində belə bu siyahıdan sonra namizədlərini irəli sürəcək adamlar gözləyirlər…
Onların gözləntiləri başa düşüləndir. Hakim Partiyanın sözün bütün mənalarında elə namizədləri var ki, onlarla seçki yarışına girmək ən ideal seçki şərtləri altında belə mənasızdır. Etiraf etmək lazımdır ki, bu gün hakim partiyanın elə deputatları var ki, onlar yerlərdə, əhali arasında kifayət qədər böyük nifuza malikdirlər. Bu sırada xeyli adamın adını çəkmək olar. Ola bilər ki, mətbuatdan, sosial şəbəkələrdən bizə heç də xoş təəssürat bağışlamyan namizədlər deputat olduqları ərazidə böyük nifuza malikdirlər. Bəlkə də mətbuatla işləməyən, mətbuata adı bəlli olmayan namizədlər ki, onlar yerlərdə insanlar, seçiciləri arasında böyük nifuza malikdirlər.
Seçiciləri ilə təmaslarına, onların müraciətlərinə, şikayətlərinə, təkliflərinə kifayət qədər həssas yanaşılması halları var. Bəzi deputatlar var ki, onlar ümumiyyətlə mətbuatla işləməyi özləri üçün vacib şərt kimi qəbul etmirlər. Bəzən bunu reklam kimi düşünür, utanır, ictimayyətdən tərif almağın sadə dillə ifadə etsək ayıb olduğunu duşünürlər.
Hər halda bunu Hakim Partiyada daha dəqiq bilirlər. Kimlər qarşıdan gələn o qədər ümidverici olmayan iqtisadi mövsümdə əhali ilə təmaslarına görə avtoritet ola bilərlər. Böyük ehtimalla bu seçkilərdə əhali, seçiciləri arasında avtoritet olacaq şəxslərə üstünlük veriləcək. Mətbuatda adları kirlənmiş, kirləndirilmiş kimsə bu dəfə deputat olmayacaq. Azərbaycan iqtidarında çox yaxşı başa düşürlər ki, istənilən bir halda xarici təsir altına düşüb, ölkədə kimlərinsə maşasına çevrilə biləcək deputatlar kimlərdir. Çünki son 5 il kifayət qədər rəngərəng olub. Ötən dövrün hadisələrini xronoloji ardıcıllıqla analiz edəndə, bu dəfə YAP-ın dəstəkləməyəcəyi deputatların siyahısını ən azı yarıbayarı təxmin etmək mümkündür.
Bu baxımdan da dövlətinə, millətinə sadiq, sözdə deyil, bütün açıq və gizli bağlantıları ilə Azərbaycan üçün çalışanların adları bu siyahıda olacaq. Bu dəfəki seçkilərdə risk amili, namizədlərin irəli sürülməsi prinsiplərində ehtimallar üzrə təyinetmələr də çox düşük, aşağı səviyyədə olacaq. Bundan sonra dövlət və DÖVLƏTÇİLİK üçün çalışanlar, bu yolda bütün teoremlərini isbatlamış şəxslər öndə olacaqlar. Şərt Azərbaycan dövlətçiliyi olacaq… GUNDEMİNFO.AZ-ın şərhi
1221 dəfə oxundu