Cəlilabadın icra başçısı Bakıya çağırıldı

Cəlilabadın icra başçısı Bakıya çağırıldı

Cəlilabad rayonun icra hakimiyyətinin başçısı təcili olaraq Bakıya çağırılıb. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə başçının Bakıya çağırılmasına səbəb onun son zamanlar məmurların etik davranış qaydaları ilə bağlı təlimatlara əməl etməməsi olub. Məlumata əsasən icra başçısı rəsmi olaraq elan etdiyi qəbul günlərinin 4-də iştirak etməyib. Təkcə aprel ayında başçının keçirməli olduğu 3 görüş ertələnib. Görüşlərin keçirilməməsinə isə hansısa mühim səbəb olmayıb. Bundan başqa ictimayyətlə işini uğurlu şəkildə qura bilməyən icra başçısı Əziz Əzizov həm də rayondan mətbuat vasitəsilə yayılan şikayətlərin çoxluğuna görə də sorğu sual ediləcək.
Cəlilabad rayonunda təhsil və səhiyyə xərclərinə dair Hesablama Palatasının apardığı yoxlamaların yenilənərək davam etdirilməsi barədə də qərar verilib. Gundeminfo.az-a danışan yerli məmurlardan biri iddia edir ki, rayonda büdcə vəsaitlərinin istifadəsinə dair ciddi narahatçılıqlar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...