Vidadi İsayev gedəcəyiini bilir İcra başçısı rayonla maraqlanmır

Vidadi İsayev gedəcəyiini bilir


Uzun müddətdir ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevlə bağlı mediada yer alan tənqidi yazılar, həmçinin də rayondakı sosial narazılıqlarla bağlı şikayətlər kifayət qədər artıb. Çox maraqlıdır ki, Bərdədə yaşanan narazılıqlarla bağlı olaraq hələ ki, rayon rəhbərliyi tuturlı bir arqumentlə cavab verməyib. Media ilə təmasları kifayət qədər aşağı səviyyədə olan bu rayondan gələn şikayətlərə adətən cavab verilmir. Səbəbi isə bəllidir.

GUNDEMİNFO.AZ-ı bilgiləndirən mənbə deyir ki, icra başçısı Vidadi İsayev artıq postu ilə vidalaşmalı olduğunun fərqindədir. Bir qədər əvvəl məlumat verərək bildirmişdik ki, V.İsayev rotasiya qaydasına uyğun olaraq postunu itirəcəyini dərk edir. Hətta başçının Milli Elmlər Akademiyasında özünə yeni vəzifə üçün yüksək çinli məmurların qapısına elçi düşdüyü də söylənirdi.
Aldığımı z ən son məlumatlara əsasən Vidadi İsayev konkret olaraq postunu itirəcəyi təqdirdə Antrapalogiya sahəsində işləmək üçün özünə elmi strukturlarda iş axtarır.

GUNDEMİNFO.AZ-ı bilgiləndirən mənbə israr edir ki, hətta Vidadi İsayev neçə gündür ki, Bərdəyə gəlmir. Hələlik onun kimlə əvəzlənəcəyi bilinmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...