Yardımlıda Hətəmov-Mirzəyev tandemi

Yardımlıda Hətəmov-Mirzəyev tandemi

Sevindik Hətəmov və Mahir Mirzəyevin fəaliyyəti rayonda narazılıq dalğası yaradır.

Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir.

Son illərdə dövlət büdcəsindən regionların inkişafı məqsədilə ayrılan iri həcmli vəsaitlərin məbləğinə baxdıqda düşünmək olar ki, rayonlarımızda heç bir problem qalmamalıdır. Ancaq, hamıya məlumdur ki, elə bölgələrimiz var ki, insanlar ən adi məişət problemlərindən əziyyət çəkirlər. Səbəb isə büdcə vəsaitinin məmurlar tərəfindən amansızcasına talanması, korrupsiyanın geniş vüsət almasıdır.

Ölkəmizin son illərin iqtisadi yüksəliş tempi ilə müqayisədə geridə qalan bölgələrindən biri də Yardımlı rayonudur. Rayonda hökm sürən sosial problemlər, işsizlik, korrupsiya halları barəsində mediya orqanlarında çoxsaylı faktlar yer alıb. Ancaq illər ötsə də, faktlar çoxalsa da problemlər azalmaq bilmir.

Yardımlının ildən-ilə çoxalan problemləri

Əksər rayonlarda tətbiq edilən “mərkəzi abadlıq” prinsipi Yardımlıda da “uğurla” tətbiq olunur. Belə ki, rayon mərkəzinin müəyyən hissələrində təmir-tikinti işləri aparılaraq ümumi təəssürat yaradılıb. Ancaq kəndlərdə vəziyyət dözülməz həddədir. Yolsuzluq, susuzluq, qazsızlıq, işıqsızlıq, işsizlik bu kəndlərin sürətlə boşalmasına, əhalinin paytaxta və digər regionlara köçməsinə səbəb olub.

Rayonun illərdir həllini tapmayan əsas problemlərindən biri susuzluqdur. Qarşıdan yay aylarının gəldiyini düşünən sakinlər indidən təşvişə düşüblər. Çünki, qış aylarında belə susuzluqdan min-bir əziyyət çəkənlərin yayın qızmarında hansı əzabları çəkəcəyini düşünmək çətin deyil. Əhali məcburi şəkildə 25-30 manata bir maşın su almaqla keçinir. İmkansız ailələrin isə durumu olduqca ağırdır. Onlar suyu daha uzaq məsafələrdən əllə daşımaq məcburiyyətindədirlər.

Halbuki, sakinlər bildirirlər ki, Hazayurd və Sineer adlanan yüksəkliklərdəki su mənbələrinin hesabına rayonun onlarla kəndini su ilə təmin etmək mümkündür. Di gəl ki, rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların rəsmiləri bunun üçün heç bir tədbir görmürlər. Büdcədən vəsait ayrılır, amma bu pulun haraya sərf olunduğunu rayon rəhbərlərindən başqa kimsə bilmir.

Yardımlıda mavi yanacaqla bağlı problemlər də öz həllini gözləyir. Dövlət tərəfindən vətəndaşların qazla təminatının yaxşılaşdırılması üçün vəsait ayrılsa da, Yardımlıda buna məhəl qoyan yoxdur. Məlumatlara görə, rayonun yalnız mərkəzi hissələrində qaz var. Həmin ərazilərdə ya imkanlı, ya da vəzifəli şəxslər yaşayır.

Əksər kəndlərdə isə mavi yanacaq yoxdur. Əhali uzun illərdir ki, qaz üzünə həsrət qalıb. Mərkəzi qaz xətti Sırıq, Bozayran, Bilnə, Horavar, Əngüvğl və digər kəndlərin ərazisindən keçsə də, hətta bəzi kəndlərdə evlərə xətlər çəkilsə də, indiyədək sakinlərə mavi yanacağın verilməsinə başlanılmayıb. Vətəndaşlar bu barədə aidiyyəti dövlət qurumlarına dəfələrlə yazılı və şifahi formada müraciət ediblər. Lakin heç bir nəticəsi yoxdur. Mavi yanacağın olmaması isə Yardımlı meşələrinin qırılmasına gətirib çıxarıb. Belə ki, sakinlər istilik vasitəsi əldə etmək üçün məcburiyyət qarşısında meşə massivlərini qırırlar.

Kənd yollarının durumu haqqında isə danışmağa dəyməz. Rayonun daxili büdcəsi, həmçinin dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri ilə bərbad durumda olan yolları bir neçə dəfə təmir etmək mümkün idi. Lakin, sakinlərin bildirdiyinə görə icra başçısı bu işlərin həyata keçirilməsində maraqlı deyil. Əksər kəndlərə yağışlı, qarlı havalarda getmək mümkün deyil. Rayonda camaatın dolanışığı çox ağırdır. İşsizlik səbəbindən insanlar ölkənin digər regionlarına, xüsusilə paytaxta üz tutmaq məcburiyyətindədirlər.

Yollara “yamanan” milyonlar

Lakin, belə acınacaqlı vəziyyət olmasına baxmayaraq Yardımlıda qazanc mənbələrindən biri kimi yolların çəkilməsi göstərilir. Bu barədə məlumatlarda deyilir ki, Yardımlı şəhər İcra Nümayəndəliyi şəhərdaxili yolların təmir işlərini həyata keçirmək üçün 749 min manat pul ayrılıb. “Reyhan Müəssəsi” tərəfindən həyata keçirilən işlər isə yalnız kağız üzərində mövcuddur. Amma yol çəkilişləri ilə bağlı ikinci dəfə də büdcədən pul ayrılıb. Bu dəfə Yardımlı Deman-Alvana yolunun çəkilişi üçün 4,296 milyon manatlıq «iş» görülməsi də sual yaradır. Bundan əlavə Yardımlı-Hamarkənd-Abasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu yol açılışın etdilər, lakin görülən işlərin keyfiyyəti heç də rəqəmlərlə üst-üstə düşmür. Səbəb isə məlumdur, yolun tikintisi zamanı asfalt örtüyünün standartlara uygün vurulmamasıdır.

Əvvəla, Yardımlı elə də böyük bir ərazi deyil. Dağlıq rayonda çox saylı yolların olması da inandırıcı görünmür. Üstəlik, rayon əhalisi deyir ki, rayon rəhbərlərinin işi yamaq vurmaqdır, əsaslı təmirdən isə söhbət belə gedə bilməz.

Yardımlıda Hətəmov-Mirzəyev tandemi

Yardımlı rayonu problemlər girdabında boğulsa da, burada problemsiz inkişaf edən “sahələr” də yox deyil. Bunların içərisində ilk yerdə isə təbii ki, məmur özbaşınalıqları və korrupsiyanın dinamik inkişafını göstərmək olar. Rayonda icra başçısı Sevindik Hətəmov və onun müavini Mahir Mirzəyevin “dəyişməz qanunları” hökm sürür. Rayonun idarə edilməsində əsas söz sahibləri olan “ikili” burada özlərinə əməlli-başlı “xanədan” yaratmağa müvəffəq olublar. Sevindik Hətəmov rayona 2012-ci ildə rəhbər təyin olunsa da, Mahir Mirzəyevin “stajı” daha çoxdur. O, 2006-cı ildən rəhbər vəzifədədir. Ötən illər ərzində isə onun “gərgin” əməyi nəticəsində Yardımlıda “Mirzəyevlərin” rəhbər postlarda geniş şəbəkəsi formalaşıb. Rayonda rəhbər postların əksəriyyətində məhz Mahir Mirzəyevin yaxın qohumlarının və yaxud “məsləhət bildiklərinin” oturduğu haqqında informasiya verilir. Bu isə Yardımlıda bütün sahələrə onun güclü nəzarət yaratmasına şərait yaradır.

Öncəliklə qeyd edək ki, Yarıdımlı rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Mahir Mirzəyev doğurdan anolqu olmayan məmurlardan hesab olunur. Bu şəxsin Yardımlıda yaratdığı korrupsiya və talançılıq sisteminə hətta iri çaplı Azərbaycan məmurları belə həsəd apara bilər. Yardımlıdan AzFakt.com-a daxil olan məlumatlarda bildirilir ki, Mahir Mirzəyev saxtakarlıqları,özbaşnalıqları,vəzifədən sui istifadə etməyi, əhaliyə zülm etməsi, dövlət vəsaitlərini talaması artıq bütün həddləri aşıb. Bir sözlə Yardımlını tam olaraq «özəlləşdirən» Mahir Mirzəyev millətin başına yaxşı olmayan nə gətirmək lazımdısa, cox mükəmməl şəkildə həyata keçirir və artıq Mahir Mirzəyevin zülmünə qarşı Yardımlıda sözün həqiqi mənasında «bıçaq sümüyə dayanıb».

Mahir Mirzəyev klanı

Apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, Mahir Mirzəyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 70 minlik əhalisi olan Yardımlı rayonunda mütəşəkkil şəbəkə yaradıb və bu şəbəkəninin əsas fiqurantları məhz onun qohumlarıdır. Məhz bu şəbəkə sayəsində Mahir Mirzəyev rayonun bütün sosial-iqtisadi sahələrini, həmçinin hüquq mühafizə orqanlarını, büdcə təşkilatlarını öz qohumları vasitəsi ilə nəzarətdə saxlayır. Elə bu üzdən də rayona təyinat alan icra başçıları sözsüz Mahir Mirzəyevin dedikləri ilə oturub-durur və onun yaratdığı korrupsiya sisteminin parçasına çevrilirlər. Daha doğrusu Mahir Mirzəyev icra başçılarının «payını» verir və onlar da rayonun bütün səlahiyyətini Mahir Mirzəyevin ixtiyarına buraxaraq, onun özbaşınalıqlarını, korrupsioner fəaliyyətini və əhaliyə etdiyi zülmləri sakitcə seyr edirlər.

Yardımlıdan verilən və dəqiqləşdirilmiş məlumata əsasən Mahir Mirzəyevin mütəşəkkil şəbəkəsində yer alan əsas məmurlar aşağıdakılardır:

1. Elçin Mirzəyev – başçının müavini, Mahir Mirzəyevin əmisi oğlu. Kənd təsərrüfatı sahəsinə nəzarəti həyata keçirir. Diplomunun saxta olduğu bildirilir. Qeyri qanuni yolla Yardımlınin kənd təsərrüfatı üzrə torpaqlarını zəbt edərərk Mahirlə şərik əkin sahələrinə malikdir. 500 hektardan artıq torpaq sahəsi məhz Mahir Mizəyevin atasının adına sənədləşdirilib. Bundan başqa Mahir Mirzəyevin heyvandarlıq təsərrüfatları da Elçin Mirzəyevin nəzarəti altındadır.

2. Malik Abışov – Maliyyə şöbəsinin müdiri. Belə ki, 20 ilə yaxındır ki, Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyən Malik Abışov rayona ayrılan vəsaitlərin mənimsənilməsində Mahir Mirzəyevin sag əli olaraq bilinir. Konkret olaraq bütün maliyyə maxinasiyalarının Malik Abışovun kabinetində əlaqəli idarə müdirlərinin toplantısında planlaşdırıldığı və həyata keçirildiyi bildirilir.

3. Vüqar Məmmədov – Yardımlı Rayon Polis şöbəsinin rəis müavini, Mahir Mirzəyevin qaynı. Hüquq-mühafizə orqanlarında Mahir Mirzəyevin əsas adamı hesab olunur.

4. Akif Mirzəyev – Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsində müdir müavini, Mahir Mirzəyevin əmisi oğlu. Sosial sahəyə nəzarəti həyata keçirir. Rayonda əsasə narazılıqların başında gələn şəxslərdən biridir. Çünki bir qayda olaraq ehtiyacı olan vətəndaşlar dövlətdən sosial yardım ala bilmir. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsinin müdiri Elçin Mirzəyevin qaynıdır.

5. Manaf Balaşov – Təhsil şöbəsinin müdiri. Bu şəxsin fəaliyyəti ayrıca araşdırma mövzusudur. Rayon təhsilinə ayrılan maliyyə vəsaitlərini Mahir Mirzəyevlə şərikli şəkildə mənimsədiyi qeyd olunur. Bütün tenderlər isə bir qayda olaraq Mahir Mirzəyevin şirkətlərinə verirlir. Qeyd edək ki Rayon Təhsil şəbəsinin baş mühasibi Mahir Mİrzəyevin yeznəsidir.

6. Fəxrəddin Əkbərov – Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi. Fəxrəddin Əkbərov da Mahir Mirzəyevin birbaşa kurasiyasında çalışır. Hər ay Mahir Mirzəyevə «aylıq» verməklə yanaşı, baş həkim rayon Səhiyyə İdarəsinə ayrılan vəsaitləri Mahir Mirzəyevlə şərikli şəkildə mənimsəyirlər və yenə də tenderləri bir qayda olaraq Mahir Mirzəyevin «10 mantlıq MMCləri» udur. Ümumiyyətlə isə Yardımlıda səhiyyənin vəziyyəti elə bərbad haldadır ki, bu vəziyyəti görən yoxlamalar hər dəfə baş həkimdən külli miqdarda «bəxşiş» alıb rayonu tərk edirlər.

7. Rakif Səlifov – Gənclər və İdman idarəsinin müdiri. Mahir Mirzəyevin xalası oğlu. Bu sahəyə ayrılan vəsitləri də Mahir Mirzəyev xalası oğlunun əli ilə mənimsəyir.

8. Əli Babayev- Keçmiş Torpaq şöbəsinin müdiri. Mahir Mirzəyevin yeznəsidir. Rayon ərazisində satılan bütün torpaqlara bu şəxs nəzarət edirdi və bütün satışların haqqını birbaşa Mahir Mirzəyevə çatdırırdı. Bundan başqa demək olar ki, rayonun bütün idarərində Mahir Mirzəyevin qohumları baş mühasib vəzifəsində çalışırlar. Məhz həmin baş mühasiblər vasitəsi ilə Mahir Mirzəyev bütün rayona tam nəzarəti həyata keçirir.

Ərəb şeyximi, yoxsa… ağıllı korrupsioner?

AzFakt.com-u məlumatlandıran mənbəninin sözlərinə əgər Baş Prokurorluq yanında Korrupsiya İdarəsi Mahir Mirzəyevin mal varlığını araşdırsa, o zaman 600 manat maaş alan məmurun nələrə sahib olması hamını çaşdırar. İddaya əsasən Mahir Mirzəyevin dünya varından heç bir şeyi əskik deyil. Xaricdə evləri, Bakıda villaları, Cənub bölgəsində istirahət mərkəzləri, çoxlu sayda müxtəlif texnikaları, (həmin texnikalar hətta Bakıda belə icarəyə verilib), ticarət obeyktləri, Bakıda yeni tikilmiş binalarda çox saylı evləri, bir çox şirkətləri, 1000 hektara qədər torpaq sahəsi, çoxlu sayda heyvandarlıq kompleksləri və s.

Qeyd edək ki, Mahir Mirzəyev Cənub bölgəsində «10 manatlıq MMC-lər kralı» kimi ad çıxarıb. 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır. Mahir Mirzəyevin indiyə qədər açıb bağladığı şirkətlərin adlarının hamısı açıqlansa, o zaman icra başçısının müavini «Forbes»in milyarderləri arasında yer alar. Bəlkə də Mahir Mirzəyevi ərəb şeyxləri ilə müqayisə etmək olar. Çünki Mahir Mirzəyevin bu günə kimi həyata keçirdiyi maliyyə maxinasiyaları və dövlətdən mənimsədiyi vəsitlər milyonlarla manat həcmindədir və bu günə qədər Mahir Mirzəyevin həyata keçirdliyi maliyyə maxinasiyaları sözün həqiqi mənasında ofşor dəliyi hesab oluna bilər.

AzFakt.com-u məlumatlandıran mənbəninin sözlərinə görə indiyə qədər Mahir Mirzəyev 6 saylı Regional Vergilər İdarəsində işləyən yaxın dostu və şəriki İqbal Rzayevin səyi nəticəsində 10-larla kiçik müəssisələr yaradıb, dövlət vəsaitlərini həmin MMC-lər vasitəsi ilə nəqdləşdirdikdən sonra bu MMC-lər sadəcə yoxa çıxıb. Həmin MMC-lər vasitəsilə rayon Mahir Mirzəyev 10 ilə yaxındır ki, rayon büdcəsini «təmizləyir». Həmin müəssisələr isə bir qayda olaraq Vergilər İdarəsi tərəfindən yoxlanılmır. Çünki İqbal Rzayev bunun qarşısını alır. Bir müddətdən sonra isə həmin MMC-lər bağlanır və bu müəssisələri arayıb-axtaran olmur.

Bildirilir ki, ayrı-ayrı insanların adına yaradılmış müəssisələr rayon icra hakimməyətində çöldən-çölə baş mühasib kimi saxlanılan Habil adlı şəxsin mühasibatlıgında aparılır. Yəni Habil yaradılmış müəssisələrin möhürünü gəzdirərərək onları sənəsləşdirir və hesabat aparır. Ümumiyyətlə isə Mahir Mirzəyevin bütün «qara buxalteriyasını» məhz Habilin apardığı qeyd olunur.

Məlumatlı mənbə misal olaraq bildirir ki, Mahir Mirzəyevin «10 manatlıq MMC-ləri» bir qayda olaraq bir neçə şəxsin adına qeydiyyata alınır. Onlardan biridə rayon icra hakimiyyətində çayçı işləyən Qənbər Şabiyevdir. Həyata keçirdiyi maliyyə əməliyyatlarına baxılırsa, Qənbər Şabiyev milyoner hesab olunmalıdır. Amma icra hakimiyyətinin çayçısı olan Qənbər Şabiyevin «öz milyonlarından» xəbərsizdir. O yalnız Habilin gətirdiyi sənədləri imzalayır və «milyonlarından» xəbərsiz kasıbçılıqla ömrünü sürür.

Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına «Bəhruz», «Deman», «Savalan 2008», «Səbuhi», «Naxis», «Veteran», «Caspian Fruit Co», «Amid», «Habil», «Rəşad» və «Qadir 1960» daxildir. Adını çəkdiyimiz bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev və Sevindik Hətəmov hazırda bəzi tender əməliyyatlarını «Kainat79», «Qafqaztikintiquraşdırma», «Sanofen», «Trendservis», «RMT inşaat», «Terminal-A», «Azadlıq LTD», «Constella», və «Sistem X» MMC-lər vasitəsilə həyata keçirir. Bakıda qeydiyyatdan keçirilmiş firmaların rəhbərləri ilə Mahir Mirzəyev ayda bir dəfə görüşür. Məqsəd onlardan vəsaiti nağd şəkildə alıb, şəxsən kiməsə verməsidir.

Bir qayda olaraq ən böyük məimsəmə halları rayonda aparılan abadlıq və quruculuq işləri altında mənimsənilən vəsaitlərdir və əsasən bu işlərdə «Reyhan» kiçik müəsissəsi əksəriyyət tenderlərdə qalib gəlir. «Reyhan» kişik müəsissəsinin və onlarla digər MMC-lərin sahib olan Akif Teyyubov Qənbər kişidən fərqli olaraq həqiqi milyonerdir. Akif Teyyubov Mahir Mirzəyevin yaxın qohumudur və əvvəllər sürücü işləyən bu şəxs indi Mahir Mirzəyevin «kapitalının» böyük bir hissəsinə nəzarət edir.

Qeyd olunur ki, Mahir Mirzəyev rayonun bütün tikinti abadlıq abadlaşıdrma işlərini monopoliyaya alıb. Belə ki, icra başçısı Sevindik Hətəmovun inamından sui istifadə edən Mahir Mirzəyev rayonun təhsil, mədəniyyət, səhiyyə və icra hakimiyyətinin gördüyü işləri həyata keçirən mmc-lər məhz ona aidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...