Goranboyda 600 min manat qalmaqalı

Goranboyda 600 min manat qalmaqalı

İcra başçısı Nizaməddin Quliyev bütün borclarını keçmiş birinci müavini Baxış Abdullayevə «yükləyib»

Goranboy rayonunda daha bir qalmaqallı hadisə yaşanıb. Azfakt.com-a daxil olan məlumata görə, bu dəfə 600 min manatlıq borc ortalığı qarışdırıb.

Həmin məlumatda deyilir ki, skandala səbəb icra başçısı Nizaməddin Quliyevlə sabiq birinci müavini Baxış Abdullayev arasında yaşanan gərginlikdir. Belə ki, Baxış Abdullayev hələ müavin işlədiyi zamanlarda rayonda abadlıq və quruculuq işlərində çalışan iş adamlarından icra başçısının təlimatı əsasında pullar alıb. Həmin pulların ümumi məbləğinin 600 min manatdan çox olduğu deyilir. Həmin məbləğin borc şəklində alındığı vurğulanır. Lakin Abdullayev sonradan işdən çıxarılıb və onu AzSığorta Şirkətinin Goranboy filialına rəhbər təyin edilib.

Ortadakı borcun sahibləri isə Baxış Abdullayevin qapısına gedərək, ondan pullarını geri tələb ediblər. Keçmiş müavin isə məsələnin onluq olmadığını və bunun üçün icra başçısı Nizaməddin Quliyevə müraciət etmələrini bildirib. Və mərəkə də buradan başlayıb.

AzFakt.com-a verilən məlumatda deyilir ki, Baxış Abdullayevin bu tövsiyyəsindən sonra Goranboy rayon İcra Hakimiyyətinin qarşısına toplaşan borclular Nizaməddin Quliyevlə görüşmək istəyiblər. İcra başçısı isə tanımadığı adamları qəbul etməkdən imtina edib və kimsədən borc almadığını bildirib. Bunun ardından isə bütün müavinlərini və rayondakı məsul şəxsləri başına toplayaraq, onlardan Baxış Abudllayevlə əlaqələrini tamam kəsməyi tələb edib. Hətta sığorta məsələsində belə müqavilə bağlanılmasından imtina etmələrini bildirib.

Məlumatda qeyd edilir ki, bunun ardından Baxış Abdullayevə basqılar artmağa başlayıb. Borculular isə onun qapısına gələrək, pullarını tələb etməyə başlayıblar. Maraqlıdır ki, bu işin bir təşkilatçısının da elə icra başçısı olduğu deyilir. Sabiq birinci müavin isə vəziyyəti belə görərək, özünü xəstəliyə vurub. Və rayonda belə bir xəbər yaydırıb ki, guya, infarkt keçirib. Bununla da borclulardan yaxasını qurtarmağa çalışıb.

Qarşı tərəfi də dinləməyə hazırıq



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...