Cavanşir Feyziyev də namizəd olmayacaq - dərman oliqarxının qələmi qırılıb
Dövlət başçısının müdaxiləsindən sonra Azərbaycan vətəndaşlarının ən ağrılı problemi olan dərman bazarında qiymətlər aşağı düşüb. Hökumətin hazırladığı qaydalara əsasən bazarda yaranmış xaos ortadan qalxıb və artıq ayın 15-dən etibarən ölkədə bütün dərmanlar eyni qiymətə satılır.
Dərman bazarında yaranmış xaosla bağlı illərlə yazılıb. Bu bazarın əsas nəhənglərindən olan, deputat Cavanşir Feyziyevin olduğu söylənilən «Avromed»in də iştirakı barədə dəfələrlə yazılıb. Prezidentin qəzəbinə tuş gələn dərman bazarının oliqarxları arasında Cavanşir Feyziyev də var idi. Dövlət başçısının müdaxiləsindən sonra dərman bazarında müstəsna payı olan «Avromed»də yoxlamalar aparıldı. Yüzlərlə işçsini ixtisara salmalı olan oliqarx-deputat artıq qürub dövrünü yaşayır.
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Cavanşir Feyziyev deputat olduğu 115 saylı Şəki Kənd Seçki Dairəsindən deputatlığını irəli sürməyəcək. Məlumata əsasən Feyziyevə mandat verilməyəcəyi barədə xəbərdarlıq olunub. Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıya əsasən bu dairədən namizəd Orxan Əhmədlidir.
Məlumata əsasən Cavanşir Feyziyev Bakıdakı seçki dairələrindən birindən deputatlığa namizəd olmaq istəyib. Hətta onun Sumqayıtdakı dairələrdən birinə ərizə ilə müraciət etdiyi və geri qaytarıldığı da söylənilir.
1612 dəfə oxundu