Əhməd Əhmədza deputatlığa namizədə niyə qəzəblənib? 112 dairədə gərginlik

Əhməd Əhmədza deputatlığa namizədə niyə qəzəblənib?


112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd ola bilməyən Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadəyə görə gərginlik var. Rayondakı mənbələrdən GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, oğlunu namizəd edə bilməyən komitə sədri digər namizədlərə qəzəblidir.

Belə ki, Cuma Əhmədzadənin namizədliyini hakim partiyasının siyahısnı daxil etdirə bilşməyən komitə sədri bu dairədən deputatlığa namizəd Dubayda böyük biznesi olan Paşa Məmmədova qarşı qara piar kampaniyası aparmağa başlayıblar.

Qax rayonunda bütün inzibati və biznes strukturları əlində kolan komitə sədrinin yaxınları, Paşa Məmmədovun mandat alacağından təşvişə düşərək Ə.Əhmədzadənin qohumu olan Bakı şəhəri 9 saylı Hüquq Məsləhətxanasında vəkil işləyən Məhəmməd Qardaşlının namizədliyini irəli sürüblər.

Məhz buna görə də rayonda Paşa İlisuyski «mənə qarşı çıxan ermənilər» deməklə vəziyyəti bir qədər də gərginləşdirib. Rayondakı mənbələr GUNDEMİNFO.AZ-a bildirir ki, bu sözü ilə hər iki tərəf arasında ciddi narazılıq yaranıb.

Maraqlıdır ki, Paşa İlisuyski bu açıqlaması ilə hansısa gizli mesajlarını yolladığını deyib və mübarizədən geri çəkilməyəcəyini açıqlayıb.
Onu da əlavə edək ki, deputatlığa namizədlərin arasında yaranan gərginlik 112 saylı Qax seçki dairəsində vəziyyəti gərginləşdirib. Bütün tərəfləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...