Ağstafada talanan gənclər siyasəti proqramları CİDDİ NARAQILIQ VAR

Ağstafada talanan gənclər siyasəti proqramları


Prezident ilham Əliyev tərəfindən gənclərə və gəncliyə verilən yüksək qiymət unudulmamalıdır. Əbəs yerə deməmişlər ki, gənclər bizim gələcəyimizdir. Buna görə də, yetişməkdə olan gənc nəsil düzgün tərbiyələnməli, ictimaiyyətin gücü hesabına hər cür qayğı ilə təmin edilməlidir. Təbii ki, belə qayğılar sırasında sosial və siyasi məsələlər də ön cərgədə gedir.

Ulu öndər Heydər Əliyevin zamanında yaradılmış gənclər və idman nazirliyi sırf belə bir qayğının himayədarıdır. Yerlərdəki gənclər və idman idarələri demək olar ki, icraçılardır. Həmin idarələrə düzgün kadr seçiminə gəldikdə isə, rayon və ya şəhər icra başçılarının üzərinə düşən ən məsul vəzifə bacarıqlı, işguzar, siyasi cəhətdən savadlı gənclərdən avanqardını seçərək sözügedən idarəyə rəis təyin etməkdir. Təəssüflər olsun ki, çox vaxt regionlarda bu məsələyə ciddi fikir verilmir, çox şeylərdə olduğu kimi rəislik yeri aksiona çevrilir. O cümlədən, Ağstafa rayonunda olduğu kimi. Onu da qeyd edək ki, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov rayonun indiki icra başçısı Məhərrəm Quliyevin dövründə deyil, əvvəlki icra başçısının vaxtında təyin edilib.

Feyruz Həsənov vaxtilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz həkimi işləmiş Vaqif Həsənovun oğludur. Həmin Vaqif Həsənov sabiq icra başçısı, Cümşüd Musayevin yaxın dostu olmuşdur. Bu münasibətlə həkimin oğlu Feyruz Həsənovu Cümşüd Musayev özünə köməkçi götürmüşdür. Cümşüd Musayev vəzifədən gedtdikdən sonra, onun yerinə icra başçısı təyin olunan Elxan Usubov Feyruzu Ağstafa Gənclər və İdman İdarəsinə rəis təyin etmişdir. Bəs sonra?
DİA.AZ bildirir ki, Feyruz Həsənov gənclərə rəis təyin edildiyi gündən Ağstafa gəncləri və idmançıları, birmənalı şəkildə “böhran dövrünü” yaşayır. Çünki Feyruz Həsənov nə idmandan, nə də dövlət siyasətindən xəbəri olmayan bir məmurdur. Onun gözü yalnız gənclər və idman idarəsinə ayrılmış vəsaitdə, fikiri isə keçiriləcək tədbirlərə artıq pul yazaraq mənimsəməkdədir. Buna görə, bu gün Ağsatafa gənclərinin nə işlə məşğul olduğunu heç rayonda da bilən yoxdur.

Son illər rayonda hansı bir idmançının adicə rayonlararası keçirilmiş turnirlərdə qələbəsindən danışmaq mükün deyil. Əgər mümkünsə, deməli bu “gözdən pərdə asmaq” xətrinə Feyruz Həsənovun növbəti oyunudur.

Feyruz Həsənov bəlkə də rayondakı idarə müdirləri sırasında 1- ci məmurdu ki, əmək intizamından xəbərsizdir. Onu yerində tapmaq müşkül məsələdir. İdarəsində tapılmayan rəis kimdən nə tələb edə bilər?

Ağstafa vətəndaşları onu da bildirirlər ki, “Feyruz Həsənov bu idarəyə təsadüfi düşüb. Əslində bu idarə onun yeri deyil. İdarə rəisinin özü nümunəvi olmalıdır ki, kimlərsə ondan dərs götürə bilsin. Təəssüflər olsun ki, bu tərsinədir!”

Rayon gəncləri və bir neçə idmançı ilə apardığımız sorğu nəticəsində məlum oldu ki, Feyruz Həsənov baxmayaraq gənclər və idman idarəsinin rəisidir, lakin özü bu idarənin inkişafına maneçilik törədən insandır. Dövlət əhəmiyyətli tədbirlərin keçirilməsini istəmir, eyni zamanda Ağstafa idmançılarının qələbəsinə sevinmir. O, idarəyə gəlir mənbəyi kimi baxır. Görünür, bu da Feyruz Həsənovun öz xeyiri üçün daxili işinin bir qoludur. Əsası odur ki, bu gün Ağstafa Gənclər və İdman İdarəsi ətalətdədir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...