Qarabağ əlilindən prezidentə müraciət: Şəki sakini evsiz qalıb

Qarabağ əlilindən prezidentə müraciət:

Şəkinin Təpəcənət kənd sakini TİA.AZ-a müraciət edib. 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu prezidentdən kömək istəyir.

Müraciəti təqdim edirik:

“Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 2-ci qrub Qarabag əlili hal-hazırda heç bir yerdə işləmirəm, 18 il Silahlı Qüvvələrdə xdmət dövründə evlə təmin olunmamışam, yaşamağa evim yoxdur. 4 nəfər ailə üzvlərimlə birlikdə qardaşımın himayəsində olmaqla onun evində qalıram, qardaşımın evi kiçik olduğundan yaşayış tərzimiz qeyri qənaətbəxşdir. 2013-cü ilin mart ayında Qarabağ müharibə əlili kimi Şəki şəhərində ev qeydiyyatına götürülmüşəm. Ancaq bu günə qədər evlə təmin olunmamışam. Dəfələrlə müraciətimə baxmayaraq, Qarabağ müharibə əlilinə, qazisinə biganə münasibət bəslənilir. Bu barədə mənə kömək edəcəyinizə inanıram.

Qeyd etmək istəyirəm ki, 27.03.2014-cü il tarixdə İqdisadiyyat və Sənaye Nazirliyindən cavab olaraq yazılmışdır ki, gələcək illərdə Qarabağ əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin davam etdirilməsi məqsədi ilə Şəki şəhərində yaşayış binası inşa edilərkən mənzillə təmin olunmağınıza baxılacaq.

Sizin müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında verdiyiniz sərəncam aidiyyatı orqanların rəhbərləri tərəfindən icra edilməyərək qalmaqdadır, digər istiqamətlərə yönlənilməkdədir.

Mən adi insanlar kimi yox, Qarabağ əlili olaraq bu gündən sabaha yaşamaq ümüdüm yoxdur, yəni Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığım xəsarətlərdən ağır xəstəyəm.
Hörmətli Cənab Prezident!

Azərbaycan Respublikasının müharibə əlilləri haqında qanunların tələblərinin icra edilməsinə və mənim tez bir zamanda mənzillə təmin olunmağım barədə aidiyyatı şəxslərə ciddi göstəriş verməyinizi xahiş edirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...