Milyonlar hara gedib? - 43 aqroparkla həll olunmayan problem 8 parkla düzələcək?
Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər.
Bu günədək aqroparklara 1,2 milyard manat özəl investisiya qoyulub. 2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393,5 ton zeytun, 183 ton badam, 200,7 ton nar, 165,7 ton üzüm və s. yığılıb. Qeyd edək ki, hələ bir neçə il öncə ölkədə aqroparkların yaradılmasına başlanılıb ki, ərzaq təhlükəsizliyinin təmini, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın aradan qaldırılması burada əsas rol oynayan amillədir.
Ölkə başçısının aqroparkların yaradılması ilə bağlı 2014-cü ildə imzaladığı fərman da bu istiqamətdə mövcud problemlərin aradan qaldırılmasına yönəlib. Hətta dövlət başçısı qeyd edib ki, yüksək məhsuldarlığa nail olsaq, xaricdən asılılıq tamamilə aradan götürüləcək.
İlk aqroparkın yaradılmasından xeyli vaxt keçsə də, eləcə də statistikada yüksək məhsuldarlıq əldə edildiyi göstərilsə də, hələ ki, xaricdən asılılıq problemi öz həllini tapmayıb. Ümumilikdə isə 51 aqroparkdan 43-ü yaradılıb, əgər indiyədək yaradılan 43 aqroparkla bu problem həllini tapmayıbsa, 8-i ilə məsələ həll olunacaqmı?
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, aqroparkların yaradılması ideya olaraq yaxşıdır:
“Ancaq məsələ odur ki, Azərbaycanda sistem problemi var, şəffaflıq yoxdur. Ona görə də ölkədə yalnız aqropark deyil, dünya təcrübəsində uğur qazanmış layihələr də səmərə vermir. Bunun səbəbi də rüşvətxorluq, korrupsiyanın olması, hesabatlılığın, şəffaflığın isə olmamasıdır. Aqroparklara qoyulan vəsaitin hara getdiyini, hansı istiqamətdə, necə səmərəli xərcləndiyini təqdim etməyə imkan versələr, aqroparkların Azərbaycan iqtisadiyyatına nəyə görə bu qədər zəif töhfə verdiyinin səbəbi aşkarlanacaq. Aqroparkların yaradılması prosesində çox müxtəlif variantlarda korrupsiya əməlləri var.
Həmin 1,2 milyard manatın bəlkə də 50-60 faizi birbaşa işin görülməsinə xərclənib. Qalanı isə korrupsiyaya yem olub, maliyyələşmədə, layihənin həyata keçirilməsində iştirak edən məmurların cibinə axıb. Hökumət öz məmurlarından soruşmalıdır ki, sizin maaşınız 5-6, yaxud 10 min manatdırsa, bir il ərzində milyonlarla əmlakı hardan qazanırsız? Hökumətin məqsədi şəffaflığın təmin edilməsi olsa, siyasi iradə ortaya qoyulsa, bütün layihələrin təsdiqində Azərbaycan dövləti, vətəndaşı bəhrə görər. Aqroparklardan icarəyə götürülən texnikanın qiymətləri şişirdilib. Həmin qiymətlərin yarısını dövlət ödəyir, yarısını tədricən vətəndaş ödəməlidir. Bütün bunların hamısı prosesə təsir edir və zərbə məqsəd kimi qəbul edilən hədəfə gedib çatmır. Ona görə də biz hələ də uzun müddət kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdə qalacağıq”.
Ekspertin fikrincə, idxaldan asılılğı aradan qaldırmaq üçün qalan 8 deyil, əlavə 28 aqropark da yaratsalar, xeyri yoxdur:
“Daha çox məmur cəlb olunacaq, daha çox korrupsiya əməlləri törədiləcək. Əsas məsələ sistemdir ki, o düzəlməsə, ölkədə şəffaflıq, hesabatlılıq əsas götürülməsə, mümkün deyil. Yalnız bu deyil, bütün layihələrdə-ünvanlı sosial yardım, məşğulluq, güzəştli kreditlərin verilməsini həyata keçirən qurumların hamısı korrupsiyaya batıb. Vətəndaş cəmiyyətinin araşdırmaq imkanı olsa, inkişafın qarşısını alan məsələlərin hamısı ortaya qoyular. Sadəcə, aqroparklara girişə nə mətbuata, nə QHT-lərə imkan verirlər ki, sərbəst araşdırma aparsınlar. Çünki bilirlər ki, orada ciddi korrupsiya faktları var”.
462 dəfə oxundu