Fuad Dərgahlının QHT Agentliyindən istefa verib?
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Fuad Dərgahlının istefa verdiyi bildirilir.
Gundeminfo.az bildirir ki, bu barədə "Xeberinfo.de"yə Agentlikdən məlumat veriblər.
Bildirilir ki, onun istefasına səbəb Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevlə müavini, Prezident Adminstrasiyasının əməkdaşı Vüsal Quliyev arasında işçi heyəti ilə bağlı yaranan qarşıdurmadır. Belə ki, bir qrup köhnə heyətin qalmasını istəmir, çünki indiyə qədər olan neqativ hallarda onların adı hallanıb. Onlar obyektiv görünmək naminə yeni heyət formalaşdırmaq istəyirlər. Digər bir qrup isə (əsasən, Azay Quliyevin tərəfdarları) köhnə heyətin qalmasında maraqlıdır.
Bütün bu ikitirəlik isə Vüsal Quliyevin təkidi ilə icraçı direktor təyin olunan Fuad Dərgahlını 2 həftə öncə (Vaqif Dərgahlının qardaşı) istefa verməyə məcbur edib. Amma həm Azay Quliyev, həm də Vüsal Quliyev məlumatın ictimailəşdirilməsinin qarşısını alıblar.
Məlumatda qeyd olunur ki, Agentlikdə hazırda vəziyyət belədir: ştatda olanlar kənarda qalıb, statdankənarlar işə götürülür.
Mənbə deyir ki, Vüsal Quliyev də öz adamlarını işə götürür, hətta Müşahidə Şurasında da bu məsələnin müzakirə ediləcəyi gözlənilir. Onun sözlərinə görə, sentyabrın 16-da keçiriləcək iclas qalmaqallı olacaq. Çünki Azay Quliyevin yaxın qohumları, bacısının kürəkəni Rövşən Həmidov, digər yaxın qohumu Şahin Məhərrəmli və Bəhram adlı şəxsin sentyabrın 16-da keçiriləcək iclasda təsdiq olunacağı bildirilir.
Xəbər axşam saatlarında yayılsa da, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən münasibət öyrənmək mümkün olmayıb.
392 dəfə oxundu