Səfər Mehdiyev Türkiyəyə səhvini düzəltməyə gedib? Yaranan narahatlıqla bağlı niyə heç bir açıqlama yoxdur?
Dünən məlumat vermişdik ki, Türkiyənin ana müxalifət partiyası – CHP lideri Kamal Kılıcdaroğlu Azərbaycan gömrükçülərinin son zamanlar Türkiyədən olan TIR sürücülərini incitməsi, onlardan əlavə pullar tələb etməsi faktından danışıb.
CHP lideri bu olanların iki qardaş ölkənin adına yaraşmadığını deyib. O, bildirib ki, əgər Azərbaycan və Türkiyə eyni millət, iki dövlətdirsə, nədən türk sürücülərinə bu münasibət var.
Maraqlıdır ki, Türkiə və Azərbaycan mediasında böyük səs-küy yaradan bu açıqlamadan sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmiləri heç bir münasibət bildirmədilər. Bu gün səhər saatlarında isə məlumat yayıldı ki, DGK-nın sədri Səfər Mehdiyev Türkiyəyə səfər edib. Məlumata görə, səfər çərçivəsində S.Mehdiyev İzmir şəhərində Türkiyənin ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqayla görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi-ticari münasibətlərdən, iki gömrük orqanlarının qarşılıqlı əlaqələrindən və perspektivlərdən ətraflı bəhs edilib.
S.Mehdiyev Azərbaycan və Türkiyənin tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasətin bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə dəstəyə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığını bildirən DGK sədri Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığınin ən yüksək zirvədə olduğunu vurğulayıb. O, bu əməkdaşlığın sadəcə iki ölkənin xalqlarının deyil, eyni zamanda, region ölkələrinin rifahının yüksəldilməsində, sülhün bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlər, o cümlədən gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib.
Gundeminfo.az xəbər verir ki, səfərlə bağlı hələlik yayılan rəsmi açıqlama bundan ibarətdir. Yəni standart şablon protokol açıqlaması. Lakin ilkin məlumata əsasən Səfər Mehdiyevin Türkiyəyə getməyə məcbur olub. Çünki ölkə müxalifəti bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı məhz Azərbaycan gömrüyündə türkiyəli TIR sürücülərinin incidilməsindən bəhs edərək çıxış etmişdi. Maraqlıdır ki, rəsmi heç bir arayış verməyi özünə borc bilməyən Mehdiyev bu mövzu ilə bağlı həmkarı ilə müzakirələr aparacaqmı? Gundeminfo.az-a daxil olan informasiyaya əsasən DGK sədrinin Türkiyə səfərinin əsas məqsədi də elə budur. Türkiyədən yük daşıyan nəqliyyat vasitələrindən iki dəfədən çox rüsum alan Azərbaycan gömrüyünün bu böyük qəbahətinin başında əlbəttə ki, hansısa sıravi gömrük müfəttişi deyil, birbaşa rəhbər cavabdehdir.
Nədən ki, gömrükdə heç kim bu qədər böyük rüsumu Səfər Mehdiyev və onun yaxın adamlarından xəbərsiz ala bilməz. Deməli yaranan incikliyin ilk növbədə birbaşa olaraq Səfər Mehdiyevdən qaynaqlandığı da sirr deyil. Ölkənin yerli mediasında DGK-də ən yüksək vəzifələrdə Səfər Mehdiyevin həçkəndlilərinin, yaxın qohumlarının, sinif yoldaşlarının yerləşdirildiyinə dair təkzibolunmaz faktlar yayılıb. Bu informasiyadan yola çıxaraq aydın şəkildə fikir yürütmək olar ki, Türkiyədə incikliyə səbəb olan daha çox rüsum alma faktından S.mehdiyevin xəbəri olmamış deyil.
Gundeminfo.az-a daxil olan informasiyaya əsasən elə DGK sədri də yaranan incikliyi və ya yaratmış olduğu narahatçılığı ortadan qaldırmaq üçün tez-tələsik Türkiyəyə yol düşüb. Lakin yenə də ictimayyətə bu barədə geniş bilgi verilmir. Ortada hələ də açıq suallar qalıb.
- Niyə Türkiyədən yük daşıyan nəqliyyat vasitələrindən daha çox rüsum alınır?
- Bunun qanuni əsasları varmı?
- Səfər Mehdiyev Türkiyə səfərində bu problemlə bağlı müzakirələr aparacqmı?
Hər halda bu suallara aydın cavablar olmalıdır ki, dost-qardaş Türkiyədə ifadə edilən narazılıqlar da ortadan qalxsın. Görünür Cənab Mehdiyev öz qohumlarına bu barədə təlimat verməli olacaq. Yoxsa ki, pul Bir Millət İki Dövlətin qardaşlığından şirin ola bilməz... Hər halda...
703 dəfə oxundu