Kərim Babayevin mütəşəkkil cinayətkar qruplaşması: Fiqurantlar həbsdə qaldı
Rusiyanın Rostov vilayətinin Aksay rayonunun keçmiş başçısı Vitali Borzenko və azərbaycanlı biznesmen Kərim Babayevin iki oğlu da daxil olmaqla mütəşəkkil cinayətkar qruplaşma üzvlərinin barəsində həbs qərarı uzadılıb.
Gundeminfo.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iş üzrə fiqurantlar 2022-ci ilə qədər həbsdə qalacaqlar. Onların barəsində həbs qərarının uzadılması haqda qərarı Rostovun Lenin rayon məhkəməsi çıxarıb.
Vitali Borzenko və Kərim Babayevin iki oğlu (Eduard və Vadim), biznesmenin sahibi olduğu bazarın direktoru İvan Sitko bu ilin aprelində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla həbs olunublar. Aksay rayonunda dörd iri ticarət mərkəzinin sahibi olan Kərim Babayev özü həbsdən yayına bilib və qaçıb. Onun ya Türkiyəyə, ya Azərbaycana qaçdığı təxmin edilir. Babayevin barəsində beynəlxalq axtarış elan edilib. İş üzrə fiqurantlar xüsusilə iri məbləğdə dələduzluq əməlində ittiham edilirlər. İttihama əsasən Kərim Babayev 27 ildir Aksay rayonuna başçılıq edən Vitali Borzenko ilə əlbir olaraq onlarla hektar torpaq sahəsini qanunsuz ələ keçirib, orada ticarət mərkəzləri tikib. Həmin ticarət mərkəzləri 2000-ci illərin əvvəllərindən fəaliyyətdə olsa da nədənsə hüquq-mühafizə orqanları onların qanunsuz olduğuna indi nəzər yetiriblər. Həbs əməliyyatının ardınca bazarların fəaliyyəti dayandırılıb./virtual.az/
331 dəfə oxundu