Abşeronda iş adamlarını aldadan türkiyəli harda gizlənir? İş adamlarının müraciəti

Abşeronda iş adamlarını aldadan türkiyəli harda gizlənir?
Abşeron rayonunda iş adamları bir türkiyəli vətəndaşdan narazıdırlar. Gundeminfo.az-a daxil olan məlumata əsasən 44 günlük Vətən Müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında daha da dərinləşən qardaşlıq, Türkçülük sevdasından sui-istifadə halları yaranıb.

Əslində bu qardaşlığa kölgə salan, Azərbaycan vətəndaşlarının Türkiyəyə olan sevgisindən istifadə edən bəzi işbazlar peyda olub. Redaksiyamıza müraciət edən iş adamları, xüsusilə də market, restoran və digər ticarət obyektlərinin sahibləri bildirirlər ki, özünü Ali Osman Gunindi kimi təqdim edən şəxs onları aldadıb.

Sosial şəbəkələrdə özünü Azərbaycan-Türkiyə qardaşlığının sevdalısı kimi təqdim edən bu şəxs, müxtəlif ticarət obyektlərində, satış mərkəzlərində böyük güzəştlər sayəsində fəaliyyət göstərib. Türkiyədə fəaliyyət göstərən Millətçi Cumhuriyyət Partiyasının Adana şəhəri üzrə rəhbəri kimi təqdim edən Ali Osman bir müddət restoran şəbəklərində fəaliyyət göstərib. Abşeron rayonunda restoran şəbəkələrində fəaliyyət göstərən qardaş Türkiyənin vətəndaşı olan şəxs, bir sıra iş adamlarının sevgi və hörmətindən istifad edib. Hazırda xeyli sayda iş adamı ondan narazılıq edir.

Məlumata əsasən Ali Osman hətta Balakən rayonunda da iş adamları ilə aralarında yaranan biznes mübahisələrinə əsasən yerli məhkəmədə barəsində iddia qaldırılıb. Qeyd edək ki, Azərbaycanda Türkiyədən olan iş adamlarına, onlara olan sevgiyə və sayqıya bəzən sui-istifad halları kimi yanaşanlar da tapılır. Bəzən bu sevgidən dolayı yaranan etibar və etimaddan istifadə halları baş veririr.
Abşeronda iş adamlarını aldadan türkiyəli harda gizlənir?

Gundeminfo.az-ın apardığı araşdırmalar zamanı bəlli olub ki, Ali Osman Gunindi youtube platformasında televiziya proqramı da yaradıb. Hətta sosial şəbəklər vasitəsilə bəzi nifuzlu şəxslərlə fotolar çəkdirməyə də nail olaraq onları paylaşıb. Bundan sonra restoranlarda "DJ" və ya müğənni kimi çıxışlar ebib. Eyni zamanda çalışdığı məkanlarda yol verdiyi neqativ əmələri ilə bağlı olaraq görüntüləri də var.

Bir daha təəssüf hissi il qeyd etmək istərdik ki, Azərbaycan-Türkiyə qardaşlığının bu qədər dərin və möhkəm olduğu zamanda bəzi şəxslər bu situatsiyadan istifadə edərək z şəxsi əyləncə və qazanc yerinə çevirməyə çalışırlar.

Mövzu ilə bağlı araşdırmalar davam edir. Çox istərdik ki, Ali Osman Gunindi ilə də əlaqə saxlayaq. Bütün hallarda qarşı tərəf olaraq onun da mövqeyini dinləməyə hazırıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...