“Bakı Metropoliten”indəki maxinasiyalar — Zaur Hüseynov necə “yeraltı dünyanın kralı” oldu?
Hər gün paytaxt sakinləri metrodan istifadə etmək üçün yerin altına enir, kimisi işə tələsir, kimisi evə, amma heç birimizin yerin tərkində gizlədilən, qaranlıq tunellərdə görünməz olan maxinasiyalardan xəbəri yoxdur. Halbuki, metro stansiyalarında gözümüzün önündəki reklam afişalarına belə diqqət etsək bu afişalarda xeyli sərvətin olduğunu görə bilərik. Amma əsl sərvət bizim görə bilmədiyimiz qaranlıq tunellərdə, yerin tərkində gizlədilib və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu sərvətin belə demək mümkünsə üzərində əyləşib.
Metroda gediş haqqının artırılması məsələsi gündəmə gəldiyi üçün bütün diqqət yeraltı dünyaya yönəldi və istər-istəməz Zaur Hüseynovun qaranlıq tunellərdə gizlətdikləri də diqqətdən qaçmır.
Hələ bir müddət öncə Şöhrət ordenli, Prezident təqaüdçüsü, 54 il əmək stajı olan (metropolitendə və dəmir yolunda) vətəndaş Akif Mehdi oğlu Zeynalovun müraciətini xatırladıq.
Həmin müraciətdə olduqca mühüm məsələlər yer alırdı. Onlardan bir neçəsinə diqqət yetirək.
Uzun illər metroda çalışmış Akif Zeynalov bildirirdi ki, 2015-ci il may ayından istismarda olan 4,8 milyon dollar dəyərində alınmış “Diaqnostik vaqon-laboratoriya kompleksi” (qısaca olaraq "Diaqnostika vaqonu”) yolun parametr ölçülərinin vəziyyətini yoxlayıb, düzgün qiymətləndirmək imkanına malik deyil.
272 dəfə oxundu