“Aldığım telefona görə mənə şər, böhtan atırlar...” - Vətəndaş “World Telekom”dan şikayət etdi…
Bakı şəhəri Nərimanov rayon sakini Məmmədzadə Zəminə Çingiz qızı Moderator.az-a ünvanladığı şikayət məktubunda “World Telekom”dan şikayət edib. Şikayətçi müraciətində mağazadan aldığı “İphone”markalı, qiyməti 1949 AZN olan mobil telefonunun xarab çıxdığını bildirir:
“Bu ilin sentyabr ayında Bakı şəhəri Bülbül pr. 38 C ünvanında yerləşən “World Telekom” mağazasından 1949 AZN-ə “İphone” 12 (128 yaddaş) telefonu aldım. Mənə bir il zəmanət talonu verildi. Dörd gün sonra telefonda donmalar baş verdi və adaptırı da enerji vermirdi. Mağazaya yaxınlaşıb öz şikayətimi bildirdim və xahiş etdim ki, telefonu ya dəyişsinlər, ya da ödədiyim pulu geri qaytarsınlar. Mağaza tərəfindən telefonuma baxış keçirildi və mənə əsasən adaptırında problem olduğunu bildirərək yeni adaptır təqdim etdilər. Donma barəsində elə bir prosesin ola biməyəcəyini söylədilər və məni ciddi cəhdlə inandırdılar ki, bu bir daha baş verməyəcək. Mən də onların telefon barədə söylədiklərinə inanaraq problemin bəlkə də həqiqətən adaptırdan olduğunu düşünərək mağazanı tərk etdim.Telefonun müşahidə edici sənədlərinə nəzər saldıqda isə bütün məlumatların ingilis, ərəb dillərində olduğunu və azərbaycan dilində olmadığını gördüm, bu qanunvericiliyimizə ziddir.
Telefonu istifadə etdiyim halda anidən təkrar olaraq donma baş verdi. Həmçinin telefonumda şəbəkə tamamiləyoxa çıxdı. Ümumiyyətlə, telefon heç bir nömrə istifadəsinə icazə vermədi. Sadəcə o anda mən mağazaya yaxınlaşa bilmirdim. Çünki yoldaşım korona xəstəsi olduğu üçün rayonda karantində idik. Ona görə 19.10.2021-ci il tarixində “World Telekomun” qaynar xəttinə (*2555) zəng edərək telefonumda baş verən problem barədə xəbər verdim və üzürlü səbəbdən mağazaya yaxınlaşa bilmədiyimi sölədim və yenədə tələb etdim ki, telefon qüsurludur, dəyişdirsinlər və ya qaytarsınlar. Cavab bele oldu ki, mağazaya yaxınlaşın. Həmin gündən telefonu istifadə etmədim.
294 dəfə oxundu