Kredit oğruları üçün böyük cəza zamanı Bankları onlar çökdürür

Kredit oğruları üçün böyük cəza zamanı
İri biznes nümayəndələrinin həbsi barədə KİV-də yayılan məlumatlar fonunda hüquq-mühafizə orqanları susmaqda davam edirlər.Söhbətin yüz milyonlarla dövlət vəsaiti ilə bağlı dələduzluqdan getdiyini nəzərə alsaq bu susmaq olduqca qəribə görünür. Müxtəlif KİV-in yaydığı xəbərlərə görə, bu vəsaitlər müxtəlif dövrlərdə Beynəlxalq Bank tərəfindən sahibkarlara verilib və geri alınmayıb. Bu barədə heç kim danışmayıb. Lakin iki ay öncə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev öz postundan kənarlaşdırılıb.

Həbs olunanlar arasında “Azərinşaat” MMC-nin direktoru Mehdi Əliyev, Şəki İcra Hakimiyyətinin keçmiş rəhbəri Murad Cabbarlı və Əbdül Ansuxski (90-cı illərin əvvəlində qətlə yetirilmiş deputat və iş adamı Əli Ansuxskinin oğlu) var.
ABB Azərbaycanın ən iri bankıdır və ölkə kreditlərinin 60%-i onun payına düşür. Versiyalardan birinə görə, C.Hacıyevin rəhbərliyi dövründə ona yaxın biznesmenlər aşağı girovla güzəştli şərtlərlə kredit alıblar.

Neftin qiymətinin enməsi ilə əlaqədar ölkənin gəlirlərinin azalması və manatın devalvasiyası maliyyə sistemində ciddi problemlər yaradıb. Deyilənlərə görə, kredit alanlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun qardaşı İbrahim Nehrəmlidir.
O, özünün “Xəzər adaları” layihəsinə (dənizdə şəhər tikintisi) görə 850 mln. dollar alıb. Halbuki, İ.Nehrmli bildirib ki, ABB-dən cəmi 57 mln. dollar alıb, lakin onun borcu faizlərlə 70 mln. dollar edir.

Rəsmi məlumatlara görə, ölkədə problemli kreditlərin həcmi 1,2 mlrd. manat təşkil edir. ABB-yə qaytarılmayan kreditlərin həcmi 1,1 mlrd. manat təşkil edib.

Qeyri-rəsmi məlumatlara görə, C.Hacıyevin özünün də aktivlərinə gizli həbs qoyulub.

Təsdiqlənməmiş məlumatlara görə, digər tanınmış oliqarx PNN Group-un təsisçisi Nizami Piriyev də həbs olunub.

N.Piriyev xaricdə biznes qurub, lakin bir neçə il öncə Azərbaycana gələrək metanol istehsalı üzrə iri müəssisənin tikintisinə başlayıb. Beş il öncə bu müəssisənin açılışına Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler dəvət olunmuşdu.

Bundan əlavə, PNN tanınmış dünya brendi De Beers və Hamley's ilə tərəfdaşlıq edir, həmçinin françayzinq əsasında KFC fastfud şəbəkəsini inkişaf etdirir. Nəhayət, “Azimport” şirkətinin həmtəsisçisi Rəşad Məmmədovun və onun qohumu Əsgər Məmmədovun həbs olunduğu bildirilir. Bu şirkət dövlət büdcəsinin hesabına Bakıda və Abşeronda abadlıq üzrə iri layihələrin reallaşması ilə tanınır. Bu günlərdə R.Məmmədov Dövlət Bayraq Meydanı İdarəsinin rəisi vəzifəsindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...