Səfər Mehdiyev büdcə proqnozlarını necə "şişirdir"? baş gömrükçü açıq qalan suallar qarşısında niyə susur?
Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 111,2% əməl edib. GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev deyib. Sədrin sözlərinə görə, büdcəyə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürülüb. "Bununla da, Komitə 2021-ci il üçün nəzərdə tutulan büdcə öhdəliyini artıq 11 ay ərzində yerinə yetirib. 3 milyard 900 milyon manat proqnoza qarşı 3 milyard 936,3 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub", - deyə o, əlavə edib.
Bu rəqəmdir və rəqəmlər əslində çox ürəkaçandır. Adətən Səfər Mehdiyev proqnozdan artıq yığımlardan daha çox danışır. Dekabr ayının sonunda isə yəqin ki, DGK-nın büdcə öhdəliyi üzrə ödənişi 120 faizə yaxın olacaq. Uzun illərdir ki, bu belə davam edir. Azərbaycanın idxal-ixrac əməliyyatlarında dəyişən bir məqam yoxdur. Dünyanın nifuzlu iqtisadi mərkəzləri bərpə dövrünü yaşayan, müsbət tendensiyaların müşahidə edildiyi ölkələrdən biri kimi Azərbaycanı da göstərirlər. Lakin nə 2020, nə də 2021-ci illərdə Azərbaycanda real sektora investitsiya qoyuluşlarında artım müşahidə edilməyib. Əksinə 2020-ci ildə iqtisadiyyatda kiçilmə baş verməsi, ÜDM-un azalması prossesi ilə bağlı rəsmi etiraflar da olub. Bütün dünya üzrə qapanmalar, bütün dünya üzrə aktiv ticarət dövriyyəsinin zəifləməsi. Halqanın daralaraq bütü iqtisadiyyatlara mənfi təsir göstərdiyi bir zamanda Azərbaycan gömrüyü nəzərdə tutulan proqnozu 2020-ci ildə də, 2021-ci ildə də 100 faizin üzərində icra edir. Bu necə olur?
Azərbaycan gömrüyünün şefi bu faktlarla demək istəyir ki, daxili bazarda inhisarçılığın, manapoliyanın əsas himayədrarı elə gömrük orqanlarıdır. Çünki bazarda kiçik və orta sahibkarların, investorların iştirakı olmadan, ticarət dövriyyəsində heç bir dəyişiklik baş verməyib. Quru sərhədləri 2 ilə yaxındır ki, bağlıdır. Əhalinin sərbəst kiçik və orta sahibkarlıqla məşğul olan hissəsi ticarət dövriyyəsində birbaşa təmaslar halında iştirak edə bilmir. O zaman bu qədər böyümə, ticarətdən daxil olan gömrük rüsumları necə şişir?
Yəqin Cənab Səfər Mehdiyev yenə də israrla gömrük sistemində rüşvət və korrupsiyanın olmadığını iddia edir...
Lakin bu gün Azərbaycanda gömrük münasibətlərindən istifadə edən hər kəs bilir ki, rüşvətsiz gömrükdən istifadə etmək, səhrada su axtarışına çıxmaq kimi bir şeydir.
Heç uzun zamandır S.Mehdiyev ətrafına topladığı qoyumları ilə bağlı da açıqlama vermir. Sədr nədənsə DGK-nın sifarişi ilə keçirilən tenderlərin rəsmi qurumların tenderlərinin elan olunduğu tender.gov.az saytında niyə yerləşdirilmədiyinə də aydınlıq gətirmir. Biz adətən DGK-nın tenderlərinin hansı lotlar üzrə elan edildiyinə dair informasiyalar alırıq. Lakin tenderlərin qalibi, keçirilməsi haqda əalvə bilgilər əldə etmək mümkün olmur.
Gundeminfo.az-a bu məqamlarla bağlı olduqca ciddi məlumatlar daxil olub. Səfər Mehdiyev əslində gömrük sistemində çalışan şəxsi heyyətin üzərinə əlavə öhdəliklər də qoyurmuş. Hələlik təsdiqlənməyən məlumatlara əsasən iddia olunur ki, gömrük işçiləri uniformalarından tutmuş, qidalanmalarına qədər bütün ehtiyaclarını özləri ödəyir. Bu zaman əlbəttə ki, gömrük sistemində büdəcəyə "qənaət" yaranır.
Yəni bildiyimiz 100 faizin üzərində büdcə proqnozunu icra etməyin "sirrlərindən" biri də bu olsun gərək...
Bundan başqa uzun zamandır islahatlar vəd edən Səfər Mehdiyev hələ də Rusiya, Gürcüstan, İranla sərhəddə yaranan süni tıxacların həlli yollarını tapa bilməyib. Bəlkə də heç axtarmayıb da. Götürək elə Türkiyəli TIR sürücülərinin şikayətlərini... Onların narazılığı bir qədər əvvəl yerli və hətta Türkiyə mediasında da tirajlandı. Türkiyənin ana müxalifət partiyasının rəhbəri Kamal Kılıcdaroğlu da problemi dilə gətirdi. Bundan dərhal sonra Səfər Mehdiyev Türkiyəyə səfər etdi. Lakin səfər zamanı təhsil aldığı alı məktəbin rəhbərliyi ilə görüşərək geri qayıtdı. Hər halda mətbuata verilən informasiya bu qədər oldu.
Bu gün isə Azərbaycan gömrüyü ilə bağlı şikayətlər saysız-hesabsızdır və hər gün qalaqlanır. Lakin baş gömrükçü adətən "tvitter" sosial platformasında proqnozların yüksək icrasından yazanda görünür. Başqa heç bir yerdə Mehdiyevi görmək, ona sual ünvanlamaq xoşbəxtliyi yerli jurnalistlərə nəsib olmur.
Dövlət Gömrük Komitəsinin də mövqeyini dinləməyə hazırıq.
776 dəfə oxundu