Səfər Mehdiyevə AÇIQ MƏKTUB - BU SUALLARA CAVAB VERMƏYƏ BİLƏRSİZ...

Səfər Mehdiyevə  AÇIQ MƏKTUB -

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə
AÇIQ MƏKTUB
Cənab sədr!
Yəqin ki, bu açıq məktuba da yenə "bizim onlara cavabımız qazandığımız uğurlarımızdır" deyə cavab verəcəksiniz. Amma yenə də yazım bəlkə düşünəsiniz.
İlk növbədə onu yazım ki, 2 ildən çoxdur bütün dünyada pandemiya səbəbindən iqtisadi azalmalar var. Narahat olmayın, bu bütün dünya üçün xarakterik olan bir məqamdır. Bütün dünya iqtisadiyyatında kiçilmə baş verib. Dünyanının bütün ölkələrində Ümumi Daxili Məhsulun azalma tendensiyası müşahidə olunur. Ticarət dövriyyəsindəki aktivlik 30 faizdən çox aşağı düşüb. Elektron ticarət dövriyyəsi isə 2.5 dəfəyədək artıb. Post pandemiya dövrü üçün əhalinin aktiv ticarət iştirakçısı olaraq fəaliyyətinin bərpası ilə bağlı bir sıra beynəlxalq hesabatlar var. Azərbaycan bərpa oluna bilən iqtisadi aktivlik göstəricisinə görə dünyada ön sırada olan ölkələrdən biridir. Amma söhbət sosialı bərpa prosseslərindən getmir. Dünya Bankının hesabatları ölkə iqtisadiyyatı üçün yetərincə nikbindir. Lakin əhalinin sosial bərpa imkanları ilə bağlı yaxın 2 illik nikbinlik yoxdur.
Cənab Səfər Mehdiyev!
Sizcə gömrük sistemində ticarət aktivliyi hansı halda əhalinin daha da yaxşı yaşaması üçün xarakterikdir? Quru sərhədləri açılarsa vətəndaşların kiçik ticarətdəki imkanları genişlənə bilərmi? Bu suala da cavab verməyə bilərsiniz, çünki sizin cavabınız "uğurlarınızdır".
O zaman bəlkə sizə bir sual ünvanlayaq - bu günə qədər gömrük keçid məntəqələrində "yaşıl dəhliz"dən istifadə edən şirkətlərin adını, onların ticarət dövriyyəsində iştirak payının həcmini açıqlaya bilərsiniz? Bəlkə bu suala da cavab verməyə bilərsiniz. Heç olmasa bu sualmıza cavab verə bilərisinizmi ki, Cənab Mehdiyev dünyanın hansı ölkəsində vətəndaşların elektron ticarət dövriyyəsində iştirakı ilə bağlı limitlər endirilib? Xüsusulə də pandemiya dövründə hansı dövlətlər elektron ticarət dövriyyəsində iştirak edən vətəndaşlar üçün məhdudiyyətlər tətbiq ediblər? Bu suala da işinizdəki uğurlarınızla bağlı cavab vermiş oldunuz saya bilərik.
Cənab Sədr!
Lütfən bizə izah edə bilərsinizmi ki, niyə siz hər dəfə mediayaya üçıqlama verən zaman mütləq dediyiniz fikirlər ictimai müzakirələrə səbəb olur? Məsələn bir açıqlamanızda "gömrükdə rüşvət faktı olsa istefa verərəm" demişdiniz. Sonra məlum oldu ki, sizin fikirləriniz təhrif edilib. Yenə eyni qaydada bu günlərdə "haqqın.az" saytına müsahibə verərək bəzi deputatları fırıldaqçı qdlandırmısınız. Bu gün isə DGK rəsmi açıqlama yayaraq bildirib ki, Səfər müəllimin fikirləri təhrif edilib. Ardından sizin müsahibiniz də iddia edib ki, istənilən halda müsahibənin audio yazısını Milli Məclisə təqdim edə bilərəm.
Bəlkə sosial şəbəkələrdə, mediada Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvləri ilə bağlı narahatlıqlara da cavab verəsiniz. Heç verməsəniz də olar, əsas sizlərə işlərinizdə uğurlar qazanmaqdır.
Cənab Səfər Mehdiyev.
Lütfən ölkəyə avtomobil idxal edən vətəndaşların idxalçı ölkədən aldıqları nəqliyyat vasitələrinin dəyərləndirilməsində istifadə edilən "gömrük əməkdaşının qiymətləndirməsi" anlayışını da izah edə bilərsinizmi? Bəlkə vətəndaşın şəxsi istehlak məqsədilə gətirdiyi əşyaların da "həqiqətən istehlak ehtiyacı meyarına uyğun" olması prinsiplərinin bir gömrük əməkdaşı olan şəsxin qanundakı boşluqlardan istifadə edərək qərar verməsinin nə qədər doğru olduğuna da aydınlıq gətirilə... Bəli Ali Qanunverici Orqan üzvləri ilə bu boşluqlar müzakirə olunsun. Təəssüf ki, bu faktlar və suallar yenə açıq və cavabsız qalacaq, amma yenə də heç bir qərəz və biznes iştirakçısı olmadığımı diqqətinizə çatdırmağı özümə borc bilirəm.
Dərin hörmətlə Razi Abasbəyli iqtisadçı-ekspert



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...