Ruslan Əliyevin bir ölkədə iki kəndlə bağlı nə düşmənçiliyi var? - VİDEO

Ruslan Əliyevin bir ölkədə iki kəndlə bağlı nə düşmənçiliyi var?  -

Şəkinin Baş Kəldək və Oraban kəndlərində olduqca acınacaqlı vəziyyət hökm sürür. Bu iki kənd eyni bələdiyyə və icra nümayəndəliyi tərəfindən idarə olunur. Kənd sakinləri saytımıza etdikləri şikayətdə bildiriblər ki, onların yolları bərbad vəziyyətdədir. Eyni zamanda kəndlərə hələ də təbii qaz çəkilməyib.

Bu da kənd sakinlərinin yaşayışına ciddi problemlər yaradır. Çox maraqlıdır ki, kəndlərlə eyni çoğrafi mövqedə yerləşən və ara məsafəsi bir neçə yüz metr olan ətraf kəndlərdə həm təbii qaz var, həm də yolları asfaltlanıb. Onda isə bu iki kəndə bəslənən ögey münasibətin səbəbi nədir?

Kənd sakinləri bildirir ki, problemlərin aradan qaldırılması ilə bağlı şikayət etmədikləri instansiya qalmayıb. Azinforum.az həmin kəndlərdə olub və şikayətləri yerində araşdırıb. Şəkinin sözügedən kəndlərindən hazırladığımız videoreportajı təqdim edirik: //azinforum.az//





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...