Adı neftçilərin, dadı başqalarının olan Neftçilər Xəstəxanası.. PROBLEM

Adı neftçilərin, dadı başqalarının olan Neftçilər Xəstəxanası..
Cənablar, dövlət xəstəxanası pullu ola bilməz, özəlləşdirin problem bitsin...

Xəstəxana vergidən nə qədər yayınır ?

Doğmalarınızı bu xəstəxanaya etibar etməyin...

Sabiq səhiyyə naziri, sonra məhkum həyatı yaşayan və hazırda Haqq və Ədalət Partiyasının sədri olan Əli İnsanov illər öncə məhkəmə prosesində dedi ki, bu dəmir qəfəsdə boğuluram, burada hava çatmır və s...
Bəli, atalar əbəs yerə deməyib ki, nə tökmüsən aşına, o da çıxar qaşığına...
Əli İnsanovun ölkə səhiyyəsinin başına açdığı oyunlar hələ uzun illər davam edəcək.
Bu gün xəbərlər gəlir ki, Mərkəzi Neftçilər Xəstəxanasında havalandırma sistemi işləmir, hava çatmır, hətta oksigen balonları da yoxdur, Covid xəstələri zülm çəkir və s.
Bu məqamda yadımıza Əli İnsanovun boğuluram, havam çatmır...sözləri düşdü.
Bəli, Azərbaycan səhiyyəsi xəstələri diri gözlü məhv edir.
Birincisi, ondan başlayaq ki, Neftçilər xəstəxanası Səhiyyə Nazirliyinin tabeçiliyindədir və dövlət müəssisəsi sayılır.
Amma qiymət artımı ilə bağlı Səhiyyə Nazirliyinə zəng vuranda deyirlər ki, Neftçilər xəstəxanası TƏSƏRRÜFAT HESABLIDIR, biz onların işinə qarışa biləmərik.
Belə yerdə deyiblər ki, vur beləsini palçıqdan çıxsın...
Ay adam, bu dövlət müəssisəsidirsə, necə pullu ola bilər ?
Əgər pulludursa, bu xarabanı özəllşdirin, satın bir məmura, deputata, məsələ bitsin də..
İnsanlar nə edəcəyini bilmirlər, bu necə tibb ocağıdır: özəldir, yoxsa dövlət ?
Bu “kalxozdur”, “sovxozdur”, nədir axı..?
Digər vacib məqam odur ki, bu xəstəxana konkret olaraq neftçilərə xidmət üçün yaradılmışdı.
Gundemxeber.Az gundelik-baku.com-a istinadla bildirir ki, xəstəxananın saytında qeyd olunub ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası əvvəlcə Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası kimi adlanırdı və 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir neçə il sonra xəstəxananın yeni korpusları tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edildi. Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib.
Gördünüzmü, bütün xərcləri dövlət ödəyib, müasir avadanlıqları dövlət alıb, binanı, korpusları dövlət tikib.
Amma...
Binaya daxil olan kimi 1800 manat depozit qoyulmasını tələb edirlər. Bəs onda dövlətin xərclədiyi milyonlar hara getdi ?
Bəs xəstəxanadakı nimdaş yataq dəstləri, kiflənmiş mələfələr, çirkab içində olan yorğan-döşək, xəstələrin iyrəndiyi yatacaq və s nə olsun ?
Budur müasir Avropa standartı ?
Ən dəhşətlisi odur ki, xəstəxanada gizli bir şəbəkənin insan və orqan alverində fəal iştirakı ilə bağlı xəbərlər mediada yayılıb.
Bundan ağır hansı ittiham, cinayət əməli ola bilər ?
Biz məlumatın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Amma qarşı tərəf susursa, deməli şübhələnməyyə ciddi səbəblər yaranır. Buyurun açıqlama verin.
Ən dözülməz hal odur ki, xəstəxana 1 ildə 2-3 dəfə qiymətləri qaldırır.
Bəs onda Prezident İlham Əliyevin dəfələrlə dediyi “Süni qiymət artımı ilə məşğul olanlar ciddi cəzalandırılacaq” fikri niyə Neftçilər xəstəxanasına aid edilmir ?
Məsələ orasındadır ki, bu xəstəxana heç neftçilərə də pulsuz xidmət göstərmir.
Onu da qeyd edək ki, bu xəstəxanada qiymətlər ən bahalı olsa da, xidmət səviyyəsi çox aşağı olub. Bu xəstəxanada ölüm halları ilə bağlı mediada kifayət qədər yazılıb.
Həkimlərin səhlənkarlığı ucbatından ölən xəstələrin sayı kifayət qədərdir.
Ən dəhşətli hal odur ki, xəstəxanada kağız üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür, realda tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ?
Xəstə sahiblərindən birinin dəhşətli sözlərini bu məqamda yazmaq yerinə düşər: Doğmalarınızı bu xəstəxanaya etibar etməyin.
Bəli, Neftçilər xəstəxanası yenə CAN ALMAQDA davam edir…
Musa Abbasov isə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru MAAŞINI ALMAQDA davam edir…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...