Şirvanın icra başçısı Dubayda, yoxsa Qubada dincəlir? - İcra Hakimiyyətinin işi dondurulub?

Şirvanın icra başçısı Dubayda, yoxsa Qubada dincəlir? -

Şirvan Şəhər İcra Hakimiyyətində tətildir. İcra başçısı dekabrın 31-də məzuniyyətə çıxıb. Artıq yeni ilin ilk 10 günü bitmək üzrə olsa da Şirvanda demək olar ki, bütün tədbirlər təxirə salınıb. Gundeminfo.az-a danışan şikayətçilər deyir ki, icra başçısı İlqar Abbasov 10 gündür işdə yoxdur deyə, Şəhər İcra Hakimiyyətində vətəndaşların qəbulu həyata keçirilmir. Şikayətçilər iddia edir ki, icra başçısı Dubayda istirahətdədir.

"Ona görə də, biz icra başçısı ilə görüş tələb edirik deyəndə bizə deyirlər ki, cənab başçı məzuniyyətədədir. Heç onlayn da tədbirlərə qatılmır". deyə Gundeminfo.az-a daxil olan informasiyada qeyd edilir.

Qeyd edək ki, İlqar Abbasov uzun illər Suraxanı Rayon İcra Hakimiyyətinə rəhbərlik edib. İlqar Abbasovun hansı xariciölkədə istirahət etdiyinə dair bilgilər əlimizdə var. Ola bilsin ki, vətəndaşlara yalan informasiya verən məmurlar, onun ölkə daxilində, Quba və Qusar rayonlarındakı malikanələrinin birində dincəldiyini gizlətmək üçün xarici ölkə adı çəkiblər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...