İcra hakimiyyətindən “dualar qəbul olunur” açıqlaması: "texnikalar işləyir"

İcra hakimiyyətindən “dualar qəbul olunur” açıqlaması:
Xəbər verdiyimiz kimi, Ucar rayonunda Alpout kəndində beş ildən çoxdur ki, su problemi yaşanır.

Paralel.az xəbər verir ki, Alpout kəndi rayon mərkəzindən 3-4 kilometr məsafədə yerləşsə də, kanalın suyu həmin əraziyə qədər gedib çatmır.

Sakinlər daha əvvəl mətbuata müraciət edərək kənddə suvarma (təsərrüfat) suyu ilə yanaşı, içməli su problemi də yarandığını söyləmişdi.

Kənd sakinləri Ucar Rayon İcra Hakimiyyəti başçısının su probleminin həll edilməsi üçün onlara “Allaha dua edin ki yağış yağsın, sizə də su gəlsin” deyərək yola saldığını bildirmişdi.

Ucar Rayon İcra Hakimiyyətindən Paralel.az -a verilən məlumata görə, sözügedən problemlə bağlı hazırda iş gedir:
“Ucar rayonuna suyun limitlə verilməsi Alpout kəndində suyun çatışmazlığı yaradıb. Kəndə suyun verilmıəsi ilə bağlı Ucar rayon Suvarma Sistemləri idarəsinə müvafiq tapşırıqlar verilib. Hazırda kəndə suyun verilməsi üçün ərazidə müvafiq texnikalar işləyir” - icradan bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...