“Baku Electronics”in “vor zakon”ları - Müştəriləri təhdid və təhqir edirlər
“Baku Electronics” mağazalar şəbəkəsi ilə bağlı şikayət olunub. PİA.az xəbər verir ki, bu barədə Bakupost.az -a müraciət edən vətəndaş Nahid Əliyev deyir ki, mağaza əməkdaşları müştərilərlə kobud rəftar edir, nalayiq sözlər işlədirlər:
“Ötən həftənin cümə axşamı “Baku Electronics”in operatoru ödəniş tarixini xatırlatmaq üçün mənə zəng vurdu. Dedi ki, filan tarixdə ödəniş edəcəyinizi demişdiz. Mən isə maaşımın hələ köçmədiyini, idarədən hansı tarixi deyiblərsə, onu bildirdiyimi qeyd etdim. Xanım isə kobud formada “siz yalan danışırsız, bizim işləri neçənci dəfədir ki, fırladırsız”, deyə cavab qaytardı. Operator xanım, az qala cinayətkar aləmin jarqonlarından istifadə edərək məni ittiham etməkdə davam etdi. Ona iradımı bildirsəm də, mənə eyni tərzdə cavab verdi. Daha sonra həmin operator mənim zamin kimi təqdim etdiyim şəxsə zəng edib, eyni şeyləri ona da təkrarlayıb. Operatorlar nə vaxtdan insanlarla bu formada danışırlar?! Yalan danışırsız nə deməkdir?! Açıq-aşkar mənə böhtan atırlar”.
Şikayətçi daha sonra mağazanın Azadlıq filialında problemli şöbənin rəhbəri Pərvin Aşurov ilə görüşdüyünü vurğulayıb: “Operatorun belə davranışlarına görə, şirkətə zəng etdim, iradımı bildirdim. Şöbə rəisi dedi ki, sizinlə əlaqə saxlanılacaq. Amma onlardan nə üzrxahlıq, nə də bir şey görmədim. Daha sonra onların 8-ci mikrorayonda yerləşən filialına getdim. Həmin xanım problemli şöbədə işləyir, operatordur. Problemli şöbənin rəhbəri Pərvin Aşurov məni qarşıladı. Dedi səs yazmalara qulaq asacağıq, narahat olmayın. Daha sonra mənə zəng edib səsə qulaq asdıqlarını, o formada danışmağın düzgün olmadığını desə də, “burada üzr istəməli bir şey görmürük” - deyə əlavə etdi. Dedim, necə yəni bunu siz müəyyənləşdirirsiz? Üzrxahlıq bildirilməlidir, bu nə deməkdir? Dedi ki, “qardaş, get tədbirini gör, neynirsən elə”. Xanımın ad-soyadını istəsəm də vermədi”.
Məsələ ilə bağlı “Baku Elektronics” ilə əlaqə saxladıq.
Mağazadan bildirdilər ki, şikayətə baxılması üçün vətəndaş ərizə ilə müraciət etməlidir:
“Vətəndaş “Baku Elektronics”in baş ofisinə, problemli şöbəyə ərizə ilə müraciət etməlidir. Yalnız ərizə ilə müraciət etdikdən sonra vətəndaşın şikayətinə baxılacaq”.
Qeyd edək ki, “Baku Elektronics” mağazalar şəbəkəsi ilə bağlı analoji hallara tez-tez rast gəlinir. Mağaza əməkdaşlarının kobud rəftarı, eləcə də keyfiyyətsiz xidmət, verilən zəmanətin şərtlərinə əməl olunmamaqla bağlı sosial şəbəkələrdə tez-tez məlumatlar paylaşılır.
1249 dəfə oxundu