Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satıb (FOTO) FOTOLAR

Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satıb (FOTO)
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-ın paytaxtı Vaşinqtondakı villasını satdığı məlum olub.

Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məluumat yayıb.

O, bildirib ki, sabiq nazirin həyat yoldaşı Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb.

C.Həsənlinin araşdırmasına əsasən, villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi “ALIYA BABAYEVA” LLC üzərindən alınıb.

Məlumata görə, şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi bəlli deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dır.
Sabiq nazirin 2011-ci ildə Lüksemburqda həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur.

Qeyd edək ki, Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf naziri təyin olunub. 2008-ci ilin 30 oktyabrında vəzifəsindən azad edilib.
Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satıb (FOTO)
Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satıb (FOTO)
Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satıb (FOTO)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...