Muxtar Babayevin diqqətinə: Lerik meşələri kütləvi şəkildə məhv edilir (FOTO)

Muxtar Babayevin diqqətinə:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin merkantil maraqları fonunda nadir agac növləri ilə zəngin Lerik meşələri kütləvi şəkildə məhv edilməkdədir.

AzToday.az xəbər verir ki, Lerikin Razvonaband meşəbəyliyinin 16, 17, 18 və 22 saylı meşə dolaylarında kütləvi qırıntılar qeydə alınıb.

Sakinlər qırıntılarda Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Aqil Babaşovu və meşəbəyi Tərlan Qəribovu günahkar bilirlər. Çünki onlardan icazəsiz meşəyə kimsə yaxın belə dura bilmir.

Meşə mafiyasını isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Vüqar Kərimovun himayə etdiyi iddia olunur. Məlumata görə, Lerik meşələrinin kütləvi şəkildə məhv edilməsi prosesi Ekologiya Nazirliyinin müavini, lerikli Firdovsi Əliyevi hiddətləndirib və buna görə müavin həmkarı Vüqar Kərimova narazılığını sərt formada bildirib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Razvonaband meşəbəyliyində baş verən qırıntıların bir hissəsini təqdim edirik:


Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:
Muxtar Babayevin diqqətinə:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...