"Azəri-Türk Bank" müştərilərin dollar ziyanını öz üzərinə götürdü

"Azəri-Türk Bank" müştərilərin dollar ziyanını öz üzərinə götürdü


“Azər Türk Bank” ASC Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi ziyanı öz üzərinə götürüb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, belə ki, 21 dekabr tarixinədək bankın kart sahiblərinin xarici valyutalarda apardıqları əməliyyat məbləğlərinin hesabdan silinməsi zamanı 18 dekabra olan valyuta məzənnələri tətbiq olunacaq: “Hər zaman müştəri məmnuniyyətinə önəm verən “Azər Türk Bank” məzənnə fərqi ilə bağlı yaranmış valyuta itkisini öz vəsaiti hesabına qarşılayacaq. Bu, “Azər Türk Bank”ın bütün növ ödəniş kartları ilə aparılmış hesablaşmalara şamil olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...