Soyuqlar gəlir - havanın tempraturu 10 dərəcə enəcək

Soyuqlar gəlir -


Dekabrın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər zəif duman olacağı, axşama doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskinli olacağı, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Dekabrın 30-u axşamdan yanvarın 3-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü xəzri küləyi fonunda havanın temperaturunun 10 dərəcəyədək aşağı enəcəyi, havanın yağıntılı olacağı gözlənilir. Belə küləkli, soyuq diskomfortlu və yağıntılı hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1075 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...