Azərbaycan ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu 14 dərəcəyə yüksələcək


Yanvarın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 3-5 isti, gündüz 9-11 dərəcə isti olacaq.

Yanvarın 12-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, Qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 isti, dağlarda gecə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 6-11 şaxta, gündüz 4-9 isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...