Anna Xaritonova: “Bakıda medallar uğrunda mübarizə aparacağıq”

Anna Xaritonova: “Bakıda medallar uğrunda mübarizə aparacağıq”

“”Bakı-2015” I Avropa Oyunlarında medallar uğrunda mübarizə aparacağıq”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya milli komandasının üzvü, sambo üzrə dünya və Avropa çempionu Anna Xaritonova bildirib.

Rusiya Olimpiya Komitəsində sambo üzrə Rusiya milli komandasının Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakına həsr olunan mətbuat konfransında iştirak edən idmançı “Bakı-2015”də yeni tətbiq olunan qaydaların rusiyalı idmançılar üçün problem olmayacağını söyləyib: “Medallar uğrunda mübarizə aparacağıq. Bakıda oyunların yüksək səviyyədə keçiriləcəyinə əminəm”. A. Xaritonova Bolqarıstan və Belarusdan olan idmançıları əsas rəqib kimi gördüyünü deyib.

Dəfələrlə dünya və Avropa çempionu olmuş Artyom Osipenko da Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu söyləyib: “Səbirsizliklə Bakıda keçiriləcək idman yarışını gözləyirik”.

Yarışların nəticələri barədə proqnoz verməkdə çətinlik çəkən rusiyalı samboçu bildirib ki, dünyada sambonun səviyyəsi ildən ilə artır: “Dünya və Avropa çempionatlarına bütün ölkələrdən ən yaxşı idmançılar qatılır. Ona görə də, hesab edirəm ki, Bakıda keçiriləcək Avropa Oyunları sadə olmayacaq”.

Qeyd edək ki, iyunun 12-dən 28-nə kimi Azərbaycan paytaxtında keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək Rusiya milli komandasının tərkibinə 360 idmançı daxildir. Onlardan 8-i sambo idman növü üzrə yarışacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1445 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...