“Günaybank“ birləşməkdən imtina etdi

“Günaybank“ birləşməkdən imtina etdi


"Günaybank" ASC bu il bağlanan iki bank - "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərlə birləşmək ideyasından imtina edib.

Məlumatı bankın kredit iqtisad departamentinin direktoru Sabir Ağayev təsdiqləyib. O bildirib ki, bank bundan sonra da, indiyədək olduğu kimi, sərbəst fəaliyyət göstərməyi planlaşdırır. Departament direktorunun sözlərinə görə, hazırda bankın hər hansı digər bankla birləşmək niyyəti yoxdur.


"Biz özümüz tam sərbəst işləyirik. Başqa iki bank, bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən fəaliyyəti dayandırılan banklardır. Həmin bankların problemlərini üzərimizə götürmək istəmirik. Birləşməkdən imtina barədə qərar dünən keçirilən iclasda qəbul edilib", - deyə departament direktoru qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl "Günaybank" ASC "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ilə birləşmək niyyəti barədə protokol imzalamışdı. ("Report")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...