“Google Translate”ə kürd dili əlavə olunub

“Google Translate”ə kürd dili əlavə olunub


Dünyanın ən populyar axtarış sistemi “Google” özünün tərcümə bölümünə yeni dillər əlavə edib. Lent.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, əlavə olunan 12 dilin arasında kürd dili də var.

Son vaxtlar internetdə “Google Translate”ə kürd dilinin də əlavə olunması üçün kampaniya aparılıb və bu istiqamətdə kürdcə, türkcə və ingiliscə mətnlər yayılıb. Kampaniyaya dəstək üçün 3 həftədə 25 min imza toplanıb. Bunu nəzərə alan “Google” rəhbərliyi kürd dilinin kurmanci ləhcəsini “translate”ə əlavə edib.

Əlavə olunan digər dillərin sırasında qırğız dili də var. Bununla da “Google Translate”də tərcümə olunan dillərin sayı 103-ə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...