Aparıcı Ərdoğanı tənqid edənlərin üzünə tüpürdü - VİDEO

Aparıcı Ərdoğanı tənqid edənlərin üzünə tüpürdü -


Ankarada törədilən və 28 nəfərin ölümü ilə nəticələnən partlayışda hökuməti ittiham edən tamaşaçıya aparıcıdan sərt reaksiya gəlib. Oxu.az xəbər verir ki, “Sabah” agentliyində birbaşa yayımda tamaşaçı mesajlarını oxuyan Türkiyənin məşhur xəbər aparıcısı Erkan Tan, partlayışda hökuməti günahlandıran tamaşaçını və onun kimi düşünənləri təhqir edib.

Əsəblərini cilovlaya bilməyən aparıcı ittiham mesajını yazan tamaşaçıya “Burdan sənin və sənin kimi düşünənlərin üzünə tüpürürəm. 28 ölü, 61 yaralı var, sən bombanı partladanı yox, durub hökuməti ittiham edirsən. Tüpürüm sənin üzünə” deyib.
Bu reaksiya tamaşaçılar arasında müzakirəyə səbəb olub. Aparıcının tamaşaçılardan üzr istəməsi tələbi ilə də çıxış edənlərə də rast gəlinib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...