Naxçıvan-Batumi avtobus reysi fəaliyyətə başladı

Naxçıvan-Batumi avtobus reysi fəaliyyətə başladı

Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayıb.

Fins.az-ın məlumata görə, avtobus Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edir. Avtobus hər həftənin şənbə günü Naxçıvan şəhərindən 7:30 yola düşür, 21:00-da Batumiyə çatır. Əks istiqamətdə hərəkət qrafiki də eynidir. İlk avtobus isə fevralın 20-də Naxçıvandan yola düşüb.

Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılır. Bir nəfər üçün biletin qiyməti 27 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...