Yağış, sulu qar, qar yağacaq

Yağış, sulu qar,  qar yağacaq


Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək.Nisbi rütubət 75-85 % təşkil edəcək.
Fevralın 24-26-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...