"Azercell"in Azərbaycanın telekommunikasiya sektoruna sərmayələri 1,7 milyard manatı ötüb

"Azercell"in Azərbaycanın telekommunikasiya sektoruna sərmayələri 1,7 milyard manatı ötüb


Azərbaycanın mobil operatoru "Azercell" şirkətinin 2015-ci ildə ölkənin telekommunikasiya sektoruna qoyduğu sərmayələrin həcmi 19,3 faiz artıb. Trend-in məlumatına görə, bunu "Azercell"in prezidenti Vahid Mürsəliyev ötən ilin yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkət ötən il telekommunikasiya sahəsinin inkişafına 68 milyon manat sərmayə qoyub, 2014-cü ildə bu rəqəm 57 milyon manat təşkil edib. Şirkətin 19 il fəaliyyəti ərzində onun bu sahəyə sərmayələri 1,7 milyard manatı ötüb. V.Mürsəliyev qeyd edib ki, 2015-ci ildə şirkətin dövlət büdcəsinə ayırmaları təqribən 123 milyon manat təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...