Beynəlxalq Mətbuat İnstitutu əfv fərmanını yüksək qiymətləndirdi

Beynəlxalq Mətbuat İnstitutu əfv fərmanını yüksək qiymətləndirdi


Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışlayıb. Modern.az xəbər verir ki, Beynəlxalq Mətbuat İnstitutunun rəsmi saytında da yerləşdirilmiş məlumatda deyilir ki, onlar Azərbaycanda 148 nəfərin azad olunması barədə yaxşı xəbər alıblar. “Xüsusilə əfv olunanlar arasında jurnalist fəaliyyəti ilə məşğul olanların olması müsbət bir addımdır. O cümlədən jurnalist Rauf Mirqədirovun da 5 il şərti cəza alaraq azadlığa buraxılması da beynəlxalq qurum tərəfindən xoş niyyətin təcəssümü kimi qəbul edilir”.

Beynəlxalq Mətbuat İnstitutunun yaydığı bəyanatda həmçinin, bu qurumun Bakı Regional Təşəbbüs Mərkəzi, Azərbaycan Milli komitəsinin rəhbəri, BMN-nin idarə heyətinin üzvü Umud Mirzəyevin də əfv fərmanı ilə bağlı fikrinə geniş yer verilib. Əfv fərmanını çox yüksək qiymətləndirən Mirzəyev bildirib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə hökümət təmsilçiləri ilə səmərəli və konstruktiv dialoqu davam etdirməlidirlər. Çünki məhz bu əfv fərmanı göstərdi ki, belə bir dialoqun çox xeyirli bir nəticəsi olur.

Xatırladaq ki, martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

BMN-nin bəyanatına daha ətraflı bu linkdə baxa bilərsiniz.


LİNK BURADA


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...