Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu Yohan Kroyf dünyasını dəyişib. APA-nın məlumatına görə, o xərçəng xəstəliyindən əziyyət çəkib. 25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gələn Y. Kroyf 68 yaşında vəfat edib. Y. Kroyf futbolçu karyerası boyunca "Ayaks", "Barselona" kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y. Kroyf 425 qol vurub. Üç dəfə "Qızıl top"un sahibi olub. "Ayaks" və "Barselona"nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.

Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyf məşqçi kimi də böyük uğurlar qazanıb. Y. Kroyf 20 əsrin ən yaxşı futbolçularından biri sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...