Yazıçı Əkrəm Əylisli saxlanılıb

Yazıçı Əkrəm Əylisli saxlanılıb


Yazıçı Əkrəm Əylisli martın 30-u səhər Bakı aeroportunda saxlanılıb.

Onun Venesiyada keçirilən kitab festivalına getmək istədiyi bildirilir. Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. Həyat yoldaşı Qalina Əylislinin bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

Q.Əylislinin dediyinə görə, əri böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş Polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...