Təyyarə qaçıran şəxslə selfi çəkdirən ŞƏXS DANIŞDI

Təyyarə qaçıran şəxslə selfi çəkdirən


Dünən Misirdə sərnişin təyyarəsini qaçıran şəxslə təyyarənin daxilində şəkil çəkdirən şəxs açıqlama verib.


Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Misir Hava Yollarına məxsus təyyarədə baş verən hadisədən sonra məşhurlaşan Ben adlı şəxs bildirib ki, cinayəti törətmiş şəxs onsuz da onların həyatına son qoyacaqdı: “Niyə də şəkil çəkdirməyim deyə, düşündüm. Onsuz da təyyarəni partlatsaydı, bu fotonun əhəmiyyəti qalmayacaqdı”. Qeyd edək ki, bu foto bir neçə dəqiqə içərisində "Tviter"də ən çox yayılan rəsim oldu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...