Gömrük komitəsi Bakıda seminar keçirib

Gömrük komitəsi Bakıda seminar keçirib


Aprelin 7-də ölkəmizdə fəaliyyət göstərən gömrük təmsilçiləri üçün Bakıda “Avropa İttifaqının TAİEX aləti çərçivəsində gömrük təmsilçiliyi sisteminin funksiyalaşdırılması” mövzusunda seminar öz işinə başlayıb

GUNDEMİNFO.AZ Gömrük Komitəsinə istinadən xəbər verir ki, seminarda çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, dünyada gedən iqtisadi proseslər Azərbaycan iqtisadiyyatının formalaşması və inkişafında mühüm rol oynayan gömrük işinin təşkili sahəsində də yeni çağırışları ortaya qoyur və bu çağırışlara cavab olaraq Dövlət Gömrük Komitəsi bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Cavad Qasımov gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, elektron bəyannamələrin tətbiqi, qanunvericilik və digər məsələlərin müzakirə olunacağı seminarın bu baxımdan önəmini xüsusi vurğulayıb.

İki gün davam edəcək seminarda Macarıstan, Çexiya Respublikası, Polşa və Xorvatiya Respublikasından olan ekspertlər Saba Aros, Petr Şummer, Jerzi Szavinski və Zlatiça Tomaseviç “Gömrük təmsilçiliyi ilə bağlı Avropa İttifaqının qanunvericiliyi”,”Təmsilçilərin qeydiyyata alınması və lisenziya məsələləri”, “Malların sənədləşdirilməsi və bu fəaliyyətlə bağlı məsələlər”, “Gömrük təmsilçiləri və daşıyıcıların arasındakı fərq”, “Elektron bəyannamə, elektron məlumat mübadiləsi və digər İT alətlərinin tətbiqi”, Virtual təmsilçilik sistemləri” mövzularında iştirakçıları məlumatlandıracaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...