Öldükdən sonra vücudumuzda nə baş verir?

Öldükdən sonra vücudumuzda nə baş verir?


Öldükdən təxminən 30 dəqiqə sonra bədəndə refleks deyə bir şey qalmır.

Axar.az xəbər verir ki, bu səbəbdən hərəkət edən əzələlər - ağız və göz qapaqları açıq qalır, daxildə olan maye axıntısı baş verir.

Bədən quruluşu sərtləşir


Ölümdən sonra 10 saat müddətində bədən sərtləşir. Ölüm həyəcanlı və ya mübarizə aparan zaman baş veribsə, bədən daha tez bərkiməyə başlayır. Döyüşdə ölən insanların cəsədlərinin daha bərk olması məhz bu səbəbdən baş verir.

Bədən istiliyi azalır

Ölüm anından sonra cəsəd hər saat orta hesabla 1 dərəcə soyuyur. Ağır çəkili şəxslərin daxili orqanları daha tez, uşaq və zəif şəslərin bədəni isə daha gec soyuyur.

Bədənin çürüməsi

Ölümdən 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün inkşaf etməyə şərait yaradır və işə başlayırlar. İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlar olur. Ağır çəkili şəxslərin cəsədi daha tez çürüyür. Ən gec çürüyən orqanlar isə ürək, uşaqlıq, sidik kisəsi və böyrəkdir. Uşaqlığın çürüməsi aylarla davam edir.

Saç və dırnaqlar

Dərinin çəkilməsi və çürümə səbəbindən dırnaqlar daha uzun görünür. Öldükdən sonra dırnaq və saç uzanması ola bilməz.

Bədən niyə şişir?

İlk çürüyən yer olan mədə və bağırsaqlarda bakteriyalar daha çox olduğu üçün sürətlə qaz yaranır. Bu qaz qarın bölgəsinin şişməsinə səbəb olur. Dərinin üstünə yanıq zamanı görünən su toplanır. Daha sonra dərinin rəngi qaralmağa başlayır.

Məzardan gələn səs

Məzardan gələn səslər çürümə prosesinin bir nəticəsidir. Gündən-günə şişən qarın partlayır və sinə çökür. Bu hadisə məzar kənarında eşidiləcək qədər güclü olur. Əzələlərin sümüklərdən ayrılıb tökülməyə başladığı zaman 40-cı günə təsadüf edir.

Bədənin çürüməsini bakteriyaların komanda çalışması da adlandırmaq olar. Bakteriyalar daxili orqanlarda çoxaldığı zaman xaricdə ət milçəyi gözə və burna sürfə buraxır. Bu ağcaqanadlar yeməkləri bitənə qədər burda qalır və ölür. Daha sonra ölən ağcaqanadları yemək üçün başqa böcəklər gəlir. Yalnız sümüklər qalana qədər bu proses davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...