Rusiya “İsgəndər-M” raketi ilə şərti düşmənə zərbə endirdi - VİDEO

Rusiya “İsgəndər-M” raketi ilə şərti düşmənə zərbə endirdi -

Rusiyanın raket qoşunlarının Həştərxan vilayətindəki Kapustin-Yar poliqonunda keçirilən təlimləri zamanı “İsgəndər-M” operativ-taktiki raketinin döyüş sınağı keçirilib.

Virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi raketlə şərti düşmənin komanda-qərargah məntəqəsinə endirilən zərbənin videogörüntülərini yayıb. Görüntülərdən məlum olur ki, raket düşdüyü yerdə böyük çala əmələ gətirir və şərti obyektdən geriyə heç nə qalmır.

“İsgəndər-M” raketi radarlara yaxalanmır və düşmən ərazilərinin dərinliklərində yerləşə müxtəlif hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Raket taktiki nüvə başlığı da daşıya bilir. Rusiyanın 6 raket briqadasının silahlanmasında bu raketlərdən var. Habelə Rusiyanın Ermənstana da “İsgəndər-M” raketi verdiyi məlumdur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
904 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...